Bakıda erməni dilini bilən kadrlar hazırlanacaq

22.12.2014 - 12:53

Azərbaycanda Ermənistanın tarixini bilən, erməni dilli mütəxəssislər hazırlanacaq.

Bu barədə azvision.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Baba Əliyev məlumat verib.
O bildirib ki, AMEA-da Qafqazşünaslıq İnstitutu yaradılıb: “İnstitutun
nizamnaməsi hələ hazır deyil. Amma ilkin mərhələdə institutda erməni
dilinin tədrisi məsələsi nəzərdə tutulub. Nizamnamənin hazırlanması
gələn ilə qədər başa çatacaq. İnstitutda region ölkələri olan Gürcüstan
və Ermənistanın tarixinin, dilinin araşdırılması nəzərdə tutulub. Yəqin
ki, növbəti mərhələdə erməni və gürcü dilində bilən mütəxissislər də
hazırlanacaq. İnstituta qəbul qaydaları ilə bağlı hələlik heç nə məlum
deyil”.

Qeyd edək ki, dekabrın 10-da AMEA Rəyasət Heyətinin iclası keçirilib.
Azərbaycan Respublikasının Qafqaz regionu ilə çoxcəhətli əlaqələrini
ardıcıl və sistemli şəkildə tədqiq etmək məqsədilə AMEA-da
Qafqazşünaslıq İnstitutu yaradılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14661

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728