Rusiyada araq böhranı: istehsal azalıb
Bu barədə azvision.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir.
Ekspertlərin fikrincə, bu, rublun məzənnəsinin aşağı düşməsi və
hökumətin spirtli içkilər üçün aksiz markalarının dondurulması qərarı
ilə bağlıdır.
Noyabr ayında Rusiya zavodları 7 milyon dekalitr araq istehsal
ediblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,5 faiz
azdır.
Ekspertlər vurğulayıblar ki, noyabrda qeydə alınan bu göstərici ilin əvvəlindən bəri qeydə alınan ən böyük göstəricidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=14662