Məcburi İrəvana aparılan 25 azərbaycanlıdan xəbər var
“Kiyev – Tiflis reysini həyata keçirən təyyarədə olan 25 azərbaycanlının əksəriyyəti tələbə olub”.
Bunu ANS PRESS-ə açıqlamasında Ukraynadakı Azərbaycan diasporasının sədri Hikmət Cavadov deyib.
O bildirib ki, İrəvanda məcburi eniş edən Ukrayna Hava Yollarına
məxsus təyyarədə həmçinin diaspora nümayəndəsi də olub. Hikmət Cavadov
qeyd edib ki, Yeni İl ərəfəsi olduğu üçün azərbaycanlı tələbələr
Azərbaycana getməyə başlayıb: “Tələbələr Yeni İli Azərbaycanda keçirmək
üçün Ukraynanı tərk edərək vətənə qayıdırlar. AZAL-da qiymətlərin baha
olması və bilet tapmaq çətinliyi yarandığı üçün tələbələr Kiyev – Tiflis
reysindən istifadə edirlər. 25 həmyerlimiz İrəvan aeroportunda bir
müddət gözləməli olub və daha sonra ucuş həyata keçirilib”.
Qeyd edək ki, ötən gün Ukrayna Hava Yollarına məxsus Kiyev – Tiflis
reysini həyata keçirən təyyarə nasazlıq səbəbindən İrəvana məcburi eniş
edib. Bu zaman təyyarədə 25 azərbaycanlı da olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=14663