Həbsxanada narkotik yayan şəxsə 9 il həbs…
Məhkəməsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 2 saylı cəzaçəkmə
müəssisəsinə narkotik vasitə saxlayan Nahid Mirmehdi oğlu Ağayevin
cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə
təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nihad Ağayev 9
il müddətinə azadlıqdan məhrum edilib.
edək ki, Nahid Ağayev Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq)
234.4.3-cü (narkotik vasitələri saxlama) maddələrinə əsasən azadlıqdan
məhrum edilib və o, cəzasını 2 saylı cəzaçəkmə müəssisəsində çəkməyə
başlayıb.
keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə
müəssisəsində cəza çəkən məhkum Nahid Mirmehdi oğlu Ağayevin yanına
qısamüddətli görüşə gəlmiş yeznəsi Mübariz Vaqif oğlu Qasımovun
gətirdiyi sovqata və üzərinə baxış keçirilib.
zamanı 2 ədəd quru balığın içərisində gizlədilmiş, 7 ədəd sellofana
bükülmüş xalis çəkisi 13.171 qram olan narkotik vasitə – heroin aşkar
edilib. Mübariz Qasımov inzibati qaydada cəzalandırılsa da, Nahid
Ağayevin barəsində cinayət işi başlanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=14664