45 erməni hərbçi ölüb

22.12.2014 - 13:47

Ermənistan tərəfi 2014-cü ildəki itkiləri haqda məlumat yayıb
Ötən gün Dağlıq Qarabağda öldürülən 19 yaşlı erməni David Koloyan
2014-cü ildə bu işğal olunmuş ərazidə həyatını itirən sayca 45-ci hərbi
qulluqçudur.
Safesoldiers.am-ın  verdiyi məlumata görə, bu
statistika Ermənistan ərazisində ölən hərbi qulluqçular nəzərə alınmadan
hazırlanıb. Qeyd edək ki, ermənilərin 2013-cü ildə Dağlıq Qarabağda
itkiləri 31 hərbi qulluqçu itiriblər. İl-ildən artan əsgər ölümləri
artıq erməni analarını da ayağa qaldırıb. Onlar qeyri-müəyyən səbəbə
görə oğullarını Qarabağda itirmək istəmirlər.
Bir neçə ay öncə Qarabağda öldürülmüş erməni hərbi qulluqçaların anaları
Serj Sarkisyanın iqamətgahı qarşısında aksiyaya cəhd göstərmişdilər.
Lakin polis iqamətgahda xarici qonaqların olmasını əsas gətirərək
anaları ordan qovub. Sonradan Parlament qarşısında dayanaraq etiraz
etməyə çalışan valideynlər oradan uzaqlaşdırılıb. Çarəsiz qalan erməni
əsgər anaları Böyük Britaniyanın İrəvandakı səfirliyi qarşısında aksiya
keçiriblər.
Ermənistan müdafiə naziri Seyran Ohanyan da dünən jurnalistlərə
açıqlamasında 2014-cü ilin Ermənistan ordusu üçün ağır il olduğunu
xüsusi vurğulayıb. Göründüyü kimi ilin başa çatmasına az müddət
qalmasına baxmayaraq ermənilər hələ də itkilər verir.

Short URL: http://www.cumhuriyyet.net/?p=14665

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728