Con Makkeyn: “Neftin ucuzlaşmasına görə Səudiyyə Ərəbistanına təşəkkür etməliyik”
22.12.2014 - 14:02

“Rusiya iqtisadiyyatına mənfi təsir göstərən ABŞ-ın sanksiyaları deyil”.
Bunu ABŞ senatoru Con Makkeyn CNN-ə müsahibəsində deyib.
“Biz Vladimir Putinin iqtisadiyyatına təsir edən amillərə görə,
konkret olaraq neftin ucuzlaşmasına görə Səudiyyə Ərəbistanına təşəkkür
etməliyik. Bunun ABŞ prezidentinin atdığı addımlarla heç bir əlaqəsi
yoxdur”, – deyə o vurğulayıb.
ABŞ senatoru ölkəsinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların effekt vermədiyini də qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14667