Erməni ordusunda dəli yığıncağı

22.12.2014 - 14:04

Hərbçi Movses Akopyan əsgər valideynlərinin qəzəbinə tuş gəlib
Dağlıq Qarabağın qondarma müdafiə ordusunun komandanı Movses Akopyan
yenə başından yekə danışıb, Azərbaycan tərəfini indiki vəziyyətdə
gərginlik yaratmaqla günahlandırmağa çalışıb.
ANS PRESS-in məlumatına görə o, erməni saytlarına verdiyi müsahibədə
münəccim olduğunu da göstərib: “Bizdə məlumat var ki, bu günlərdə
sərhəddə vəziyyət gərginləşəcək. Biz bu məsələni Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində qaldıracağıq. Bu barədə həmişə
bizdə dəlil olur. Ümumiyyətlə, Qarabağ münaqişəsinin həlli ilə bağlı
istənilən görüş zamanı Azərbaycan cəbhə xəttində vəziyyəti
gərginləşdirməyə çalışır.”
O, “Ordu bizim evimizdir” adlı tədbirdə əsgər ailələrin Ermənistan
ordusunda baş qaldıran narazılıqları dilə gətirməsi zamanı ciddi “quş”
buraxıb. Tədbir zamanı bu dırnaqarası komandir valideynlərin şikayət
hücumuna məruz qalıb. Valideynlər övladlarının ön cəbhəyə
gönədrilməsinin qanunsuz olduğunu söyləyiblər: “Biz övladlarımızı
boş-boşuna ölmək üçün böyütməmişik. Bizim sualımıza cavab verin görək,
19 yaşlı oğlanların ön xəttə göndərmək doğrudurmu?”
Onun bu suala cavabı böyük narazılığa səbəb olub: “Hərbi çağırışdan
sonra əsgərlər 6 ay hazırlıq keçirlər. Yalnız bundan sonra ön xəttə
xidmətə yola düşürlər. 19 yaşda dəli olmaq asandır. Qələbəni isə ancaq
dəlilər qazanırlar. Ona görə, bu, yaxşı yaşdır.”
M.Akobyan jurnalistin “erməni vertolyotunun məhv edildi, bundan sonra
belə hadisə vaş verərsə cavab veriləcəkmi” sualına isə “qəhərman” kimi
cavab verib, lakin müharibədən necə qorxduqlarını açıq etiraf edib: “Biz
həmişə cavab veririk və verəcəyik. Mən hesab etmirəm ki, müharibə
başlayacaq. Azərbaycan “Qarabağ ordusu” ilə müharibə aparır, amma biz
onun şahidiyik ki, heç bir müvəffəqiyyətə nail ola bilmir. Azərbaycan
ağlını başına yığmalı və vəziyyəti düzgün qiymətləndirməyə
başlamalıdır.”
Təbii ki, Ermənistan ordusunda əsgər çatışmazlığı yaşanır, gənclərin heç
biri hərbi xidmətə getmək istəmir. Gedənlər isə ön xəttə göndərilir.
Erməni komandir əgər əsgərləri dəli adlandırırsa, özləri də bu dəlilərə
rəhbərlik edirlərsə, deməli, Ermənistan ordusu dəli yığıncağından
ibarətdir.
Ümumiyyətlə, bu ilin avqust hadisələrindən sonra vəziyyət görünməmiş
dərəcədə ölkəmizin xeyrinə dəyişib. Əlbəttə, Azərbaycan ordusunun gücünü
hiss edən düşmən ordusunda böyük çaxnaşma, qorxu yaşanır. Ön cəbhədə
düşmən tərəfindən atəşkəs rejiminin pozulması halları, gərginliyin
kəskinləşməsinə yönəlik cəhdləri isə qorxudan doğan hərəkətlərdir. Necə
deyərlər, indi ermənilərin kürkünə birə düşüb…

Short URL: http://www.cumhuriyyet.net/?p=14668

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728