Məhkəmə meymuna insan hüququ verdi
ANS PRESS-in məlumatına görə, Argentina məhkəməsi Buenos-Ayres
zooparkının sakini olan oranqutanqın insan hüquqlarına malik olduğu
barədə qərar qəbul edib.
Oranqutan zooparkda 20 il müddətində yaşayıb. Məhkəmənin qərarına görə,
heyvan bu müddət ərzində qanunsuz saxlanılıb və indi onu azadlığa
buraxmaq lazımdır.
Qərarda qeyd edilir ki, əgər yaxın müddətdə məhkəmənin bu qərarından
şikayət edilməzsə, oranqutanq Braziliya qoruğunda azadlığa buraxılacaq.
Heyvanın hüquqlarını müdafiə edən vəkilin sözlərinə görə, bu halda digər
zooparklarda və sirklərdə saxlanılan heyvanları da azadlığa buraxmaq
olar.
Oranqutanq sözü afrikalıların dilində meşədən gəlmiş adam deməkdir.
Short URL: http://www.cumhuriyyet.net/?p=14669