Rza Zərrab türk parlamentində
Zafer Çağlayan, Muammer Gülər, Ərdoğan Bayraktar və Egemen Bağış barədə
qaldırılmış cinayət işi müzakirə ediləcək.
ANS PRESS-in məlumatına görə, müzakirələrin mərkəzində 17-25 dekabr
2013-cü il tarixdə iş adamı Reza Zərraba qarşı qaldırılmış cinayət işi
çərçivəsində nazirlərin günahkar olub, olmaması müzakirə ediləcək. Zafər
Çağlayan “ölkədən qızıl çıxarmaq”, Muammer Gülər “himayədarlıq etmək”,
Egemen Bağış “Rza Zərraba yardım etmək”, Ərdoğan Bağış isə “cinayətə
göz yummaq” ilə bağlı günahlandırılır.
Onların işinə hakim partiyasının nümayəndəsi Hakkı Köylünün rəhbərlik
etdiyi parlament komissiyası baxacaq. Komissiyada hakimi AKP-dən 9
nəfər, müxalifətçi CHP-dən 4 və MHP-dən 1 nəfər yer alır.
Short URL: http://www.cumhuriyyet.net/?p=14670