14-cü CM-də qiyam xəbəri yayıldı
məhkumların qiyamı baş verməsi haqda məlumat yayılıb. Bu barədə “Yeni
Müsavat”a daxil olan məlumata görə məhbuslar cəzaçəkmə müəssisəsindəki
dözülməz şəraitə, müəssisə rəhbərliyi və əməkdaşlarının kobud rəftarına
etiraz edirlər. Ehtimal olunur ki, vəziyyətin nəzarətdən çıxdığını görən
müəssisə rəhbərliyi yuxarı instansiyaya müraciət edib və nəticədə ora
xüsusi təyinatlı qoşun hissələri yeridilib. Hazırda müəssisənin
ətrafında çoxsaylı post patrul xidməti maşınları var.
məhbuslar Yadigar Sadıqov, Qurban Məmmədov, jurnalist Sərdar Əlibəyli
də orada saxlanılır. 14 saylı cəzaçəkmə müəssisəsində əsasən az ağır
cinayətlərə görə məhkum olunan, ilk dəfə məhkumluq həyatı yaşayan
şəxslər saxlanılır. Buna baxmayaraq, müəssisə məhbuslar üçün ən ağır
müəssisələrdən biri kimi tanınır. Qaradağ rayonu, Qızıldaş qəsəbəsi
ərazisində, daş karxanalarının yaxınlığında yerləşən 14 saylı cəzaçəkmə
müəssisəsi küləkli havada vəziyyət dözülməz olur.
dəqiqləşdirmək üçün Penitensiar Xidmətin mətbuat xidmətinə sorğu ilə
müraciət etmişik. Sorğumuza veriləcək cavabı da təqdim edəcəyik.
Short URL: http://www.cumhuriyyet.net/?p=14671