“İŞİD dünyanın fəthinə şübhə edən üzvlərini öldürəcək”

22.12.2014 - 19:25

İraq və Suriyaya gedərək İŞİD-i yerində araşdıran ilk avropalı jurnalist Yürgen Todenhöfer müşahidələrini qələmə alıb.

Axar.az xəbər verir ki, jurnalist
təşkilatın gözləniləndən daha güclü və təhlükəli olduğunu söyləyib. 50
ildir ekstremal jurnalistikada olan alman reportyor ilkə imza ataraq,
İraq və Suriyada İŞİD liderləri ilə görüşüb.
Bu görüşlərdən sonra kitab yazmağı planlaşdıran Todenhöfer ilk
təəssüratlarını alman mətbuatına bölüşüb. Onun fikrincə, İŞİD Qərbin
müdaxiləsi və hava əməliyyatlarıyla deyil, İraqdakı sünnilərlə
danışıqlar nəticəsində yox edilə bilər.
Bölgədə İŞİD-ə verilən dəstəyi izah edən Yürgen qeyd edib ki, buna
bənzər bir vəziyyəti daha əvvəl heç bir döyüş bölgəsində görməyib.
Mosulda 5 minə qədər İŞİD üzvü olduğunu deyən 74 yaşlı Todenhöfer, “ABŞ
buradakı adamları vurmaq istəsə, bütün Mosulu yerlə bir etmək
məcburiyyətindədir”, – söyləyib.
Onun yazdığına görə, təşkilat içində İŞİD-in dünyanı fəth etmək
istədiyini inkar edən və Quranın şərh etmə formasını mənimsəməyən hər
kəs öldürüləcək. Alman jurnalistə təşkilat liderləri deyiblər ki,
qızlara da təhsil verməyi planlaşdırırlar. 

Short URL: http://www.cumhuriyyet.net/?p=14673

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728