Şeyx dünyaya səsləndi
Şərqdə bu gün faktiki olaraq təfkirçilər vasitəsilə islam adı altında
müsəlmanları qırırlar. Biz müsəlmanlar buna qəti etiraz edirik, bu, ən
böyük cinayətdir
ANS TV-nin məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin
sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Həzrəti Məhəmməd Peyğəmbərin
vəfatının ildönümü ilə bağlı bu gün Qafqaz Müsəlmanları İdarəsdə
keçirilən tədbirdə deyib.
“Avropada elə göstərmək istəyirlər ki, islam dini xətərli bir dindi,
ölüm gətirən dindir. Bu, Qərb dövlətlərinin bu günləri islama qarşı
apardıqları mübarizədir. Xüsusən də təfkirçilərlə bağlı apardığı
siyasət, islamda məzhəb ayrı-seçkiliyi və məzhəbləri bir-birinə qarşı
qoymaqdır. İstər İraqda, istərsə də, Suriyada qardaşlarımız şəhid olur,
vəfat edir, islam adı ilə onları öldürürlər. Biz bütün bunların hamısına
etiraz edirik”, deyə Şeyx bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14682