İŞİD bütün dünyanı ələ keçirmək istəyir

22.12.2014 - 22:23

İraq və Suriyaya gedərək İŞİD-i yerində müşahidə edən ilk
Qərbli jurnalist olan Jürgen Todenhöfer terror qruplaşmasının bir çox
sirlərini öyrəndiyini bildirb.

ANS PRESS-in məlumatına görə, 50 ildir müharibələrdə müxbirlik edən alman jurnalist İŞİD liderləri və yaraqlıları ilə görüşüb.

İŞİD yaraqlıları ilə keçirdiyi 10 günü kitab halına salmağı
planlaşdıran Jürgen Todenhöfer ilk təəssüratlarını alman mətbuatına
danışıb. Onun sözlərinə görə, İŞİD-in dini bir “təmizlik” reallaşdırmağı
planlaşdırdığını deyib.

Alman jurnalistin fikrincə İŞİD Qərb ölkələrinin hərbi müdaxiləsi və
ya hava hücumları ilə deyil, İraqdakı sünnilərlə müzakirə edilərək məhv
edilə bilər.

Bölgədə İŞİD-ə verilən dəstəkdən danışan Jürgen Todenhöfer buna
bənzər bir vəziyyəti daha əvvəl heç bir döyüş bölgəsində görmədiyini
vurğulayıb.

Hər gün dünyanın dörd bir yanından yüzlərlə yaraqlının İŞİD-ə
qoşulmaq üçün Suriya və İraqa getdiyini iddia edən jurnalist bu
vəziyyətin onun üçün anlaşılmaz qaldığını bildirib.

Mosulda 5 minə qədər İŞİD yaraqlısının olduğunu deyən Todenhöferin
sözlərinə görə, ABŞ buradakı yaraqlıları məhv etmək istəsə bütün şəhəri
yerlə bir etmək məcburiyyətində qalacaq. İŞİD-in ən böyük təhlükəsinin
tarixdəki ən böyük dini “təmiz”liyi reallaşdırmaq olduğunu bildirən
Todenhöfer terror qruplaşmasının öz təriqətlərindən başqa bütün dinlərin
yox olmasına çalışdığını söyləyib.

İŞİD yaraqlılarının bütün dünyanı ələ keçirmək istədiyini deyən alman
jurnalist terrorçuların “Quran”ın şərh formasını (İŞİD İslam dininin
müqəddəs kitabının şərh olunmasını düzgün saymır və bunu günah sayır –
red.) mənimsəməyən hər kəsin öldürmək niyyətində olduğunu qeyd edib.

Alman jurnalist İŞİD-in işləyən bir dövlət olmaq üçün çabaladığını
izah etməklə yanaşı terrorçu qruplaşmanın sosial və təhsil layihələrii
reallaşdırmaq istədiyini sözlərinə əlavə edib. İŞİD-in qızlara da təhsil
vermək niyyətini eşidəndə çaşdığını bildirən jurnalist terrorçu
qruplaşmanın yaranmasının əsas səbəbini ABŞ prezidenti Corc Buşun İraqa
hücum etməsinidə gördüyünü deyib: “Buş İraqa hücum etməsəydi, İŞİD də
olmayacaqdı”.

Jürgen Todenhöfer İŞİD-lə əlaqədar təəssüratlarından “İŞİD ilə 10 gün” adlı bir kitab yazacağını söyləyib.

0102

0

Short URL: http://www.cumhuriyyet.net/?p=14687

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728