Sabah bizi nə gözləyir?

22.12.2014 - 22:37

Bir neçə saatdan sonra ölkə növbəti bələdiyyə seçkiləri keçirəcək. Digər
prezident və parlament seçkilərilə müqayisədə Azərbaycanda
bələdiyyələrə seçkilər bir qayda olaraq sönük keçməsilə yadda qalır. Bu
dəfəki proses də istina olmadı. Seçkilərə hazırlıqla bağlı bu gün
mətbuata açıqlama verən Mərkəzi Seçki Komissayasının sədri Məzahir
Pənahov prosesə xaricdə də marağın az olduğunu etiraf edib. MSK sədrinin
ümidi mətbuatadır. Məzahir Pənahov mətbuatı fəal olmağa çağırıb.
ANS TV-nin məlumatına görə, bu gün bələdiyyə seçkilərilə bağlı sükut
günü idi. Amma təbliğat-təşviqat üçün verilmiş 22 gün də sükut
pozulmamışdı. Müşahidə olunan ab-hava belə deməyə əsas verir. Seçicilər
nə namizədlərin rəqiblərilə kəskin mübarizəsinin şahidi oldu, nə də
onları tanıya bildi. Bəli, seçici yaşadığı bölgə üzrə kimə səs
verəcəyini bilmir. MSK sədri Məzahir Pənahov isə belə düşünmür. Onun
fikrincə, bir bələdiyyə üzvlüyünə iki namizədin qeydə alınması isə artıq
rəqabətdən xəbər verir. 8 siyasi partiya rəsmi olaraq namizədlərini
irəli sürüb. Dünəndən etibarən, namizədlərin təbliğat xarakterli
materialları, şəhərin müxtəlif yerlərində asılan plakatlar artıq
yığışdırılıb. MSK sədri Məzahir Pənahov sabahkı seçkilərdə pozuntuya yol
veriləcəyi təqdirdə media nümayəndələrini seyirçi olmamağa səslədi,
dərhal məlumat verməyi xahiş etdi.
Bu tip problemlərin qarşısını almaq üçün 1000 məntəqədə, başqa sözlə 20
faiz səsvermə nöqtəsində veb-kameralar quraşdırılıb. Seçkiləri 50 mindən
artıq müşahidəçi izləyəcək. Onların arasında yalnız bir xarici
müşahidəçi qrup var. Bu da MDB parlamentlərarası müşahidəçilərdir. Digər
beynəlxalq müşahidəçi qruplara, o cümlədən Avropa Şurası Yerli və
Regional Hakimiyyətlər Konqresinə müraciət edilsə də, onlar Yeni il
bayramını, Mövludu qeyd etmələrini əsas gətirərək Azərbaycandakı
bələdiyyə seçkilərini izləməkdən imtina ediblər.
Bələdiyyə seçkilərində “Ekzitpol” üçün “ELS” Müstəqil Araşdırmalar
Mərkəzi müraciət edib. Beləliklə, sabah ölkədə 118 dairədə baş tutacaq
seçkilərdə 1 607 bələdiyyəyə, 15 035 üzv seçılməlidir. Seçkilərdə
bələdiyyə üzvlüyünə 37 079 şəxs namizədliyini irəli sürüb. MSK sədri
əmin edir ki, ölkə miqyaslı xeyli təlimlər keçirildiyindən bu il də
polislə bağlı problemlər yaşanmayacaq. Yeri gəlmişkən, seçkilərlə bağlı
polis artıq bu gündən başlayaraq dekabrın 25-dək gücləndirilmiş iş
rejimində işləyəcək. DİN-nin mətbuat xidmətindən verilən məlumata görə,
seçki günü ictimai asayışın qorunması üçün Post-Patrul Xidməti
naryadlarının sayı artırılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=14689

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728