Cahangir Əsgərova görə vətəndaşlarımız ermənilərə girov düşüb
25 vətəndaşımızın İrəvana məcburi eniş etmiş Tiflis-Kiyev reysi ilə uçan təyyarədə üzləşdikləri gərginliyə görəxəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlu AZAL-ı suçlayıb: “25 Azərbaycan vətəndaşının İrəvan hava limanında bir müddət girov qalmasının günahkarı AZAL-dır. Azərbaycanlı tələbələrin Kiyev-Tiflis təyyarəsində nə işləri var ki, onlar təyyarənin nasazlığı ucbatından İrəvanda peyda olublar? Məsələ burasındadır ki, AZAL-da qiymətlər baha olduğundan hamı ora-bura Tiflis üzərindən uçur və ya bu yolla geri qayıdır. Mənim özümə bilet satışı məntəqələrində dəfələrlə təklif ediblər ki, Tiflisə gedim oradan Kiyevə uçum. Sadəcə, yol yorğunu olmamaq üçün birbaşa Bakı-Kiyev reysinə üstünlük verirəm. Ancaq Ukraynada təhsil alan minlərlə gəncimiz Kiyevə məhz Tiflis üzərindən uçur və düz də edirlər. Niyə 200 manat əvəzinə 400 manat xərcləməlidirlər ki? Ancaq bu cür yolçuluq artıq təhlükəlidir, Ermənistanda girov düşmək ehtimalı var. Günahkarı da AZAL-dır. Bunun nəticəsidir ki, dünya şöhrətli “Türk Hava Yolları”na da Bakıdakı qiymətlərini endirməyə imkan vermirlər. Beləliklə, bu qənaətə gəlmək olar ki, AZAL qiymətləri endirməsə, bu hal milli və təhlükəsizlik maraqlarımıza zərər verəcək…”
Short URL: http://www.cumhuriyyet.net/?p=14693