Füzuli   bu  gün

18.05.2020 - 10:10

Heydər   Əliyevin  ideyaları  yaşayır, onun  siyasəti  yaşayır, onun  fəlsəfəsi, ideologiyası yaşayır, onun  qurduğu, yaratdığı  Azərbaycan  yaşayır və  onun yolu ilə  inkişaf  edir.

                         Azərbaycan  Respublikasının Prezidenti cənab  İlham  Əliyev.

????????????????????????????????????

Haqqında  söhbət  açacağımız  barlı  bərəkətli  torpaq – Füzuli  torpağıdır. Göz gəzdirərkən  gördüyümüz   gözəl  mənzərələr, bol məhsullu  zəmilər, göz  oxşayan  yaşıllıqlar  zəhmətkeş  füzulilərin  alın  tərinin  və  bərəkətli,  eyni  zamanda müqəddəs vətən  torpağının birgə  məhsuludur.

Müqəddəs  dedim… bəli, bu  torpaq  müqəddəsdir. Müqəddəsdir  ona  görə  ki, vətən  uğrunda  canından  keçməyi  bacaran  oğullar  yetişdirdi  bu  torpaq..  Müqəddəsdir  ona  görə  ki, qəhrəman, şəhid  oğullarını  doğma  bağrına  basıb,  özünə  qovuşdurdu  bu  torpaq…  Düşmən  tapdağına  düşdü, yağı əsarətində  qaldı, lakin  itirmədi məğrurluğunu, yenilməzliyini  və  sadiqliyini.

1994-cü  ilin  yanvar  ayında Ulu  Öndər  Heydər Əliyevin  rəhbərliyi  ilə Azərbaycan  Milli  Ordusunun  ilk  mühüm  qələbəsi—“Horadiz  əməliyyatı” da  Füzuli  torpağında  gerçəkləşdi. Bu  qələbə  nəticəsində  Horadiz  və 22 yaşayış  məntəqəmiz  düşməndən  azad  olundu.  Doğma  yurd  yerlərimiz  düşmən  tapdağından azad  olunarkən xarabalığı,  viranəliyi  xatırladırdı. Vəhşiliyin, vandalizmin,  insanlığa  nifrətin hər  cür  izlərini  görmək  olardı  bu  yerlərdə. Biz  füzulilər  məcburi  köçkün  olduq, doğma  ev – eşiyimizdən , isti  yuvamızdan  uzaq  düşdük, çadırlarda yaşadıq, lakin “ yaman  günün  ömrü  az  olar” deyib  göydə  Allaha , yerdə  dövlətimizə  olan  inam  və  etibarımızı heç  vaxt  itirmədik. Və  elə  bu  inam  və  etibara  sığınıb  qayıtdıq  doğma  yurd yerinə .

Dövlətimizin  gücü , qayğısı və  füzulilliərin  zəhmətkeşliyi  sayəsində  indi  bu  torpaqlar gülüstana  çevrilib. Yolların  kənarında  bir-birinə boy  verən  çinarlar  bol-  bərəkətli Füzuli  torpağına  xüsusi  gözəllik  verir. Yaşıl  xalıya  hörülmüş  rəngbərəng,  əlvan ilmələri  xatırladan  qızıl güllər  Horadizi  sanki  çiçəklər  şəhərinə  çevirib.  Abadlıq, təmizlik, səliqə  səhman , yaşıllıq, gül-çiçək  naxışına çevrilib  doğma  Füzulimizin. Cənab  Prezident  İlham  Əliyevin  sözləri  ilə  desək “ Biz burada, düşmənlə üz-üzə Horadizdə  bir  gülüstan, bir abad şəhər  görürük”.

Ölkə başçımız cənab  İlham  Əliyevin  apardığı  siyasət  nəticəsində  yeni-yeni  uğurlara  imza  atan  dövlətimiz  və qüdrətli  ordumuz  2016-cı ilin  aprel  ayında  daha  bir  zəfər  sevincini  bizlərə  bəxş  etdi. Horadiz  şəhərində  Bayraq  meydanında  əzəmətlə  dalğalanan  üçrəngli  bayrağımız , Lələtəpə  zirvəsində  məğrur – məğrur öz  doğma  yerini  alan  bayrağımızı  salamladı.

Bu  qələbə, bu  zəfər camaatımıza yeni  ruh, yeni  nəfəs  gətirdi. İndi füzulililər daha  böyük  istəklə  torpağa  can  verməyə – əkməyə, biçməyə  başladılar. Ölkə  başçımız cənab  İlham  Əliyevin  neftdən  asılılığın  minimuma  endirilməsi,  aqrar  sektorun  canlandırılması  istiqamətində  verdiyi  dəyərli  tapşırıq  və  tövsiyələr  tarixən  aqrar bölgə  olan Füzuli  rayonunda da öz  müsbət  nəticələrini  verməyə  başladı.  Ənənəvi təsərrüfat  sahələrimizdən  olan  taxılçılıq, pambıqçılıq, baranaçılıq  füzulililərin  başlıca  məşğuliyyətinə  çevrildi.

Son  dövrlər  koronavirus  adlı  kabus  dünyanı  lərzəyə gətirdi. Bu  dəhşətli  kabus  qarşısında ən  güclü dünya  dövlətləri  belə  sarsıldılar. Ölkələrin  başı  üstünü  epidemiya adlı qara  bulud  aldı. Qısa  bir  zamanda  pandemiya  həddinə  çatan  bu  xəstəlik  təəssüf  ki, dünyanın  bir  parçası  olan ölkəmizdən  də yan  keçmədi. Çətinliklərə,  təhlükələrə   baxmayaraq, ölkə  başçımız  cənab  İlham  Əliyev, Birinci  vitse-prezidentimiz  Mehriban  xanım  Əliyeva  verdikləri  hər  bir  qərarda, atdıqları hər  bir  addımda  əhalinin  sağlamlığını,  təhlükəsizliyini və  rifahını düşündülər.

“Biz  birlikdə  güclüyük!”  devizi  altında  bizləri  həqiqətən  də bir  yumruq  kimi  birləşdirməyi  bacaran ölkə  başçımız  gördüyü  qabaqlayıcı  tədbirlər, vaxtında  verdiyi  qərarlar  sayəsində  xalqımızı  bu  bəladan  da  xilas  etməkdədir.

Biz  füzulililər  bütün çətin  vaxtlarda , təhlükəli  dönəmlərdə  olduğu  kimi,  bu  dəfə  də öz  dövlətimizə  və  dövlət  başçımıza  arxalandıq,  güvəndik.  Gözəgörünməz  düşmənə  qarşı  mübarizədə  dövlət  tərəfindən  verilən  bütün  tapşırıq  və  göstərişlərə  bütünlüklə  əməl  etdik. Təhlükəsizliyimiz  naminə  tətbiq  edilən bütün  karantin  qaydalarına  ciddi  şəkildə  riayət  etdik.  Yaşlılara, tənhalara, ehtiyacı  olanlara dəstək  olduq.  Gecə  gündüz  oyaq  qalan,sağlamlığımızın , asayişimizin  keşiyində  duran həkimlərimizə,  polislərimizə  mənəvi  cəhətdən  dəstək  durduq.

Budur, artıq  bu  təhlükədən  də — koronavirus bəlasından da  xilas olmaqdayıq.

Bizlər  bir  daha həm  görünən, həm də  görünməyən düşmənə  qarşı mübarizədə gücümüzün  birliyimizdə  olduğunun  şahidi  olduq.

Və  bir  də  onun  şahidi  olduq ki, xalqa, millətə bağlı  olan, vətəndaşın  məmnunluğunu, əhalinin  rifahını,  mənafeyini  hər  şeydən  üstün  tutan dövlət  başçımızın xəyanətkarlara, məsuliyyətsizlərə  qarşı mövqeyi  həmişəki  kimi sərt  və  dəyişməzdir. Ölkə  başçımızın  apardığı  uğurlu  kadr islahatlarının  əsasını  xalqın  malına  göz dikən, vəzifə səlahiyyətlərindən  sui -istifadə  edən , dövlətin  siyasətinə  kölgə salan məmurların  qanun  qarşısında  cavab  verməsi  təşkil  edir.

Bu gün  müstəqil  Azərbaycan  dövlətində  hər  hansı  bir  məmurun istənilən  formada  xalqa və  dövlətə  xəyanəti  bağışlanılmazdır. Ulu Öndər Heydər Əliyevin siyasi  yoluna  layiq  şəkildə, dövlət  başçımız cənab  İlham  Əliyev  tərəfindən  aparılan uğurlu  siyasətin  icraçısı  olmaq, ölkə  rəhbərinin çağırışlarına  uyğun  olaraq  xalqa  vicdanla xidmət  etmək isə  hər bir  dövlət  məmurunun  borcu  və  şərəfidir. Füzulililər bu  borcu  və  şərəfi  daşımağı  daim özlərinə  fəxr  bilirlər. Çünki, füzulililər  dövlətimizin  diqqətini, qayğısını  həmişə  yaxından  hiss  etmişlər. Məhz  buna  görə  də  düşmənlə  göz-gözə yaşamağımıza baxmayaraq rahat yaşamaq  və  işləmək  imkanımız  var.

İndi  Füzulidə  gözəl  bir  yaz  havası, təravərli, gül-çiçək  qoxulu bahar  nəfəsi  var. Zəmilərdəki  bol  məhsul , həyətlərdəki  bostan  tərəvəz, yaşıl  yamaclara yayılan  qoyun  quzu  sürüləri  torpağın  kəndlidə, çörəyin çörəkçidə  olduğunu,  füzulililərin  isə doğma  yurd  yerlərində  olduqlarını  təsdiqləyir.

Budur, həvəslə  ipəkqurdu bəsləyən kümçü də, məhsulunu  həvəslə toplayan  kəndli də, çörəyini  həvəslə  bişirən çörəkçi  də iş  başındadır.

Çünki  bizləri  yaşamağa, işləməyə, çalışmağa, tikməyə , qurmağa  həvəsləndirən  böyük  bir  inam, sarsılmaz  bir  etibar  var. Bu  inam  biz füzulililərin  dövlətçiliyimizə  və dövlətimizə  olan sarsılmaz  etibarımızdır.

Bizlər  qəti əminik , əminik ki, tezliklə  düşmən  tapdağında olan yurd  yerlərimiz  də ölkə  başçımız cənab İlham  Əliyevin apardığı uğurlu  siyasət  nəticəsində işğaldan  azad  olunacaq  və  həmin  torpaqlarımızda  da Horadiz kimi  gülüstanlar  quracağıq. Əminik ki, bütün  füzulililərin  ruhunu  oxşayan, düşmən  gözü  tökən  Horadizimizin zəfər  halayı  olan  “Horadiz  halayı “ tezliklə  “Qələbə halayı” na calanacaq. Axı biz  birlikdə  güclüyük.

 

Zülfüqar Əliyev

Rayon Ağsaqqallar Şürasının sədri

 

Tural Nəbiyev

Rayon gənclərinin nümayəndəsi

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146933

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May    
1234567
891011121314
15161718192021
22232425262728
2930