Obamanın Putini saymaması xəbəri təkzib olundu

23.12.2014 - 11:22

ABŞ prezidenti Barak Obama gələn ilin
mayında Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr
olunmuş bayramda iştirak etməkdən imtina etməyib.
APA-nın
İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin
Rusiya üzrə baş müşaviri Selest Uollander bəyan edib. “Dəvət rədd
edilməyib, məsələyə baxılır. Bu barədə qərarın nə vaxt veriləcəyi hələ
dəqiq məlum deyil”, deyə müşavir bildirib.
Qeyd edək ki, gecə yayılan xəbərdə bildirilirdi ki, ABŞ
prezidenti Barak Obama II dünya müharibəsinin başa çatmasının 70 illik
yubileyi münasibətilə gələn ilin mayında Moskvada keçiriləcək təntənəli
bayram mərasimində iştirak etmək üçün Rusiyadan göndərilən dəvəti rədd
edib.
Virtualaz.org saytı Rusiya
KİV-lərinə istinadən xəbər verir ki, Obamanın bu qərarını Ağ Ev yanında
Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Mark Strox açıqlayıb.
“ABŞ prezidenti yaxın gələcəkdə Rusiyaya səfər etməyi hələlik planlaşdırmır” – deyə M.Strox bildirib.
Qeyd
edək ki, dekabrın 22-də Rusiyadan ABŞ prezidentinə rəsmi dəvət getməsi
barədə məlumat yayılıb. Belə dəvətnamələr antihitler koalisiyasına üzv
olan digər ölkələrin, o cümlədən Böyük Britaniyanın, Çinin rəhbərlərinə
də göndərilib.
Obama 2010-cu ildə Böyük Vətən
müharibəsindəki qələbənin 65 illiyi tədbirlərinə də dəvət olunmuşdu.
Lakin ABŞ prezidenti o zaman da Moskvaya gəlməmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=14701

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930