Mətbuatın “öldürüb-diriltdiyi” məşhurlar…- Siyahıda kimlər var?

19.05.2020 - 21:15

Məlum olduğu kimi, ötən gecə sosial şəbəkələrdə və bir sıra mətbuat orqanlarında Xalq artisti, sabiq deputat Zeynəb Xanlarovanın ölüm xəbəri yayılmışdı. Lakin sonradan yaxınları mətbuata açıqlama verərək, yayılan xəbərlərin yalan olduğunu bildirdilər. 

Qeyd edək ki, bundan əvvəl də mətbuatda məşhurların “öldüyü”, sonra da “dirildiyi”nin şahidi olmuşuq. “Ölüb-dirilən” məşhurların bəziləri bu cür xəbərləri qəzəblə qarşılayıb, bəziləri isə etinasız yanaşıb.

Musavat.com mətbuatın indiyənə qədər “öldürüb-diriltdiyi” məşhurların bir neçəsini təqdim edir.

72 yaşlı Cavan Zeynallı: "Diskotekaya gedirəm" - VİDEO

Ötən il Xalq artisti, cazmen Cavan Zeynallının ölüm xəbəri yayılmışdı. Cazmen bu xəbəri qəzəblə qarşılayıb, “biabırçılıq” adlandırmışdı: “Hamı mənə zəng vurub deyir ki, Cavan müəllim, hər şey qaydasındadır, səhhətiniz yaxşıdır? Bu, ucuz sensasiyadan başqa bir şey deyil. Biabrçılıqdır. İllər öncə mənim başıma eyni hadisəni gətirmişdilər. Şəklimi internetdə yayıb, yazmışdılar ki, Cavan rəhmətə gedib. Mən heç bilmirəm, bu kimi xəbərləri yayanlar kimlərdir. Belə şey etmək olmaz. Hamı narahatlıq keçirir”.

Naibə Allahverdiyeva: “Bu sənətin nümayəndəsi olduğum üçün utanıram”

Xalq artisti Naibə Allahverdiyeva da bir dəfə mətbuatda “öldürülüb”, sonra “dirildilib”. Aktirsa da xəbəri qəzəblə qarşılamışdı: “Mənim ölüm xəbərimi eşidib, sevinənlərə demək istəyirəm ki, heç kim xəstəlikdən, ölümdən sığortalanmayıb. Bir gün sizin də qapınızı döyə bilər. Amma sizə onu arzu etmirəm. Allah sizi hidayət etsin, qəlblərinizə mərhəmət hissi bəxş etsin!”

Baloğlan Əşrəfov CANLI YAYIMDA

Tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfov da bir dəfə mətbuata “ölüb-dirilib”. Xəbər saytlarından biri onun ölüm xəbərini yaysa da, üstündən bir az keçmiş məlumatı təkzib etmişdi.

Müğənni onun barəsində yalan xəbəri yazanlara lənət yağdırmışdı: “Belə olmaz axı… Başı batsın, o xəbəri yazanın. Bu insan kimdirsə, düşmənçiliklə yayır, bu xəbəri… Təxribatdır, mənə qarşı… Başqa nə ola bilər ki..? Mənim əzizlərim, doğmalarım eşidib, narahat olurlar”.

Arif Quliyev ilk defe basqalarinin susdugu movzudan danisdi ...

Mətbuatda barəsində daha çox “öldü” deyə xəbərlər yayılan sənətkar isə Xalq artisti Arif Quliyevdir. Aktyorun özünün dediyi kimi, mətbuatda onu 5 dəfə “öldürüb”, 5 dəfə də “dirildiblər”.

Aygün Kazımova konsert zamanı hönkür-hönkür ağladı (VİDEO)

2014-cü ildə isə Xalq artisti Aygün Kazımovanın avtomobil qəzası keçirdiyi, elə yerindəcə öldüyü barədə xəbər yayılmışdı.

Фаэтонщик» Назим отправился на лечение в Турцию » Median.Az ...

Ölüm xəbəri yayılan məşhurlardan biri də “Faytonçu Nazim” adı ilə tanınan müğənni Nazim Pişiyaridir. Müğənni digər həmkarlarından fərqli olaraq, bu xəbərə sakit yanaşmış və sosial şəbəkədə video paylaşaraq, sağ-salamat olduğunu bildirmişdi. Qeyd edək ki, həmin ərəfədə müğənni əməliyyat olunmuşdu.

Xalidə Gəray,
Musavat.com

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147036

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031