Ukraynaya 378,4 mln. dollar kredit ayrılıb

23.12.2014 - 11:35

Dünya Bankı (DB) energetika sektorunun inkişafı üçün Ukraynaya 378,4 mln. dollar həcmində kredit ayırıb.
“APA-Economics”in
məlumatına görə, DB-nin açıqlamasında bildirilir ki, ayrılan vəsait
elektrik ötürücü sistemlərinin etibarlılığının artırılmasına və elektrik
enerjisinin topdansatış bazarının təkmilləşdirilməsinə yönəldiləcək.
 DB-nin
Belarus, Moldova və Ukrayna üzrə regional direktoru Çimyo Fan deyib ki,
energetika sektoru Ukrayna üçün strateji əhəmiyyətə malikdir və kredit
“enerji ötürülməsinin milli şəbəkəsinin bərpa olunmasına” yardım edəcək
və ölkənin enerji təhlükəsizliyinin yüksəldilməsinə səbəb olacaq.
 18
illik kredit Ukraynaya 3,5 mlrd. dollar həcmində yardım paketi
çərçivəsində ayrılıb. Artıq bu vəsaitin 2,5 mlrd. dolları ayrılıb.
 Qeyd
edək ki, bu il aprelin 30-da Beynəlxalq Valyuta Fondu (BVF) “stand by”
sabitləşdirilmiş proqramını təsdiqləyib. Proqram çərçivəsində Kiyev iki
il müddətində 17 mlrd. dollar alacaq. Bu proqramın 3,16 mlrd. dollar
həcmində ilk tranşını Kiyev may ayının əvvəlində alıb. İkincisi tranş
isə (1,39 mlrd. dollar) sentyabrda təqdim edilib.
 Dekabrın
22-də isə Avropa İnvestisiya Bankı (AİB) ilə Ukrayna arasında iki
müqavilə imzalanıb. Kiçik sahibkarlığın inkişafını nəzərdə tutan ilk
müqavilə çərçivəsində Kiyevə 400 mln. avro, ikinci müqaviləyə əsasən isə
200 mln. avro təqdim edilib.
 Son vaxtlar Ukrayna İES-lərdə kömür çatışmazlığı ilə əlaqədar problemlərlə üzləşir.

Short URL: http://www.cumhuriyyet.net/?p=14705

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930