Prezidentdən kredit tapşırığı – “Faizlər enməlidir”
salınması istiqamətində real tədbirlər görməli olacaq. Fins.az-ın
məlumatına görə, bu barədə prezident İlham Əliyevin imzaladığı
“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası
Prezidentinin Fərmanında bildirilir.
Fərmanda prezident AMB-ə tapşırıb ki, kommersiya banklarının
kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmin dərəcələrlə
Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi arasında fərqin
azaldılması istiqamətində əməli tədbirlər görsün və görülən işlər barədə
altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Qeyd edək ki, Azərbaycanda kredit faizlərinin aşağı salınması ilə
bağlı tədbirlərin ilin əvəlindən bəyan edilməsinə baxmayaraq indiyədək
kreditlərin ciddi ucuzlaşmasına nail olmaq mümkün olmayıb.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının müəyyənləşdirdiyi uçot
dərəcəsi 3,5% təşkil edir. Bu rəqəmin fonunda ölkə üzrə kreditləriin
orta illik faiz dərəcəsi 14,3%, istehlak kreditləri üzrə faiz dərəcələri
illik 18%, təminatsız kreditlərin orta illik faiz dərəcəsi isə 35%
təşkil edir.
Büdcə müzakirələri zamanı AMB-nin sədri Elman Rüstəmov ölkədə
kreditlərin bahalığını əmanətlər üzrə faiz dərəcələrinin yüksək (9,6%)
olması, eləcə də, kreditlərin bir hissəsinin təminatsız olması ilə izah
edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14707