Ağsuda YAP-çı namizəd bülletenləri köynəyinin altında gizlədib

23.12.2014 - 15:37

Ökədə keçirilən bələdiyyə seçkilərindəki qanunsuzluqlarla bağlı
xəbərlər gəlməkdədir. Ağsu rayonunda bələdiyyəyə namizəd bülletenləri
köynəyinin altında gizlədərək toplu şəkildə səs vermək istəyib. Bu
barədə Musavat.com-a müşahidəçilər məlumat veriblər.
KXCP-nin Ağsu rayon şöbəsinin üzvü olan Anar Rəsullu bildirib ki,
YAP-dan namizədliyini verən Orxan Nəsirovdan topa bülleten tapıb və
götürüb: “87 saylı Ağsu—İsmayıllı seçki dairəsinin 4 saylı məntəqəsində
YAP-çı namizəd saxtakarlıq etmək istədi. Orxan Nəsirov bələdiyyəyə
namizəddir, o, köynəyinin altında ondan artıq bülleten gizlətmişdi.
Bülletenlərdə yap-çı namizədlərin adları işarələnmişdi. Mən bülletenləri
tapdım və seçki quutsuna atmağa qoymadım. Buna görə hazırda məni həbslə
hədələyirlər, həbs olunacağımı deyirlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=14710

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728