Icra başçısının kürəkəni dələduzluq etdi

20.05.2020 - 23:08

Samux rayon İH başçısı Alı Qocayevin kürəkəni dələduzluqda ittiham olunur. Bu barədə Məhəd Musa oğlu Həsənov məlumat verib. Onun sözlərinə görə, Alı Qocayevin qızının həyat yoldaşı, “Şell” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Nəsib Şamilov onunn 60 min manatını qaytarmaq istəmir: “Nəsib Şamilov mənim kirvəmdir. 2017-ci ildə biz onunla birlikdə ortaq iş qurduq. Araz adlı bir sahibkardan icarəyə 4 mərtəbəli bina götürdük və ofis bütünlüklə mənim adıma sənədləşdirildi. 2018-ci ilin sentyabrında təmir işləri yekunlaşdı. Müqaviləyə görə, idarəcilik məndə qalmaq şərti ilə qazancın 70%-i onun, 30 %-i mənim olmalı idi. Onun idarəçiliklə bağlı heç bir səlahiyyəti yox idi. Biz işə başlar-başlamaz Nəsib Şamilovla aramızda mübahisə yarandı. Mübahisəyə səbəb Nəsib Şamilovun istəkləri oldu. Onun tələblərindən biri həyat yoldaşının idarəçilikdə təmsil və yaxın qohumlarının işlə təmin olunması idi”.
Məhəd Həsənov qeyd edib ki, onun icazəsi olmadan Nəsib Şamilovun həyat yoldaşı və qohumları şirkətdə işlə təmin olunub: “Mən rayona istirahətə getmişdim. Orada olduğum müddətdə obyekt sahibi telefon edib aramızdaki müqaviləyə xitam veriləcəyini bildirdi. Gələndə bunlar hədə-qorxular gəlməyə başladılar. Nəsib Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin kürəkənidir. Ona güvənirlər. Hər dəfə mübahisə düşəndə “bilirsən də biz kimik” deyə işarə verirdilər. Dedim ki, mənə çatacaq məbləğ var, onu qaytarın sonra. Söz verdilər ki, müqaviləyə xitam ver, sənə çatacaq 60 min manatı qaytaracağıq. Bunlar arxalarına və pullarının gücünə güvənərək, obyekt sahibindən xitam verilməyən müqavilənin üzərindən yenidən müqavilə bağladılar. Ondan sonra isə mənə hədə-qorxu gələrək, mənimlə olan müqaviləyə də xitam verirlər. Bu məsələdə mən tək deyiləm, Nəsib Şamilov məndən əlavə də bir neçə adama belə “atıb”.
Məhəd Həsənovun sözlərinə görə, Nəsib Şamilovun hərəkətləri ilə bağlı Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevə rəsmi şəkildə məktub ünvanlayıb: “Dəfələrlə məktub yazmışam. Həm evinə, həm də icra hakimiyyətinə. Nəsibə də mesajlar göndərmişəm. Amma mənə heç bir cavab vermirlər. Üstəlik deyirlər ki, “get kimə istəyirsən şikayət elə, biz resublikada 3 nəfərdən biriyik”. Bu nə deməkdir? Bunlar kimə güvənir? Onlar həm də yaxın qohumları və sabiq Baş prokurorun müavinlərindən biri Mehman Qocayevə güvənirdilər. Məsələdən Mehman Qocayev də xəbərdardır. Bu, dələduzluqdan başqa bir şey deyil. Bir ildən yuxarıdır ki, mən onlardan bu pulu ala bilmirəm. Qərara almışam ki, məsələ ilə bağlı ölkə başçısına və ölkənin I vitse-prezidenti xanımı Mehriban Əliyevaya şikayət edəm”.qaynarinfo

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147159

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031