“YAP-dan olan namizəd Belarusda yaşayır”
82 saylı Ağcabədi DSK-nn Təzəkənd bələdiyyəsinə namizəd, hakim
Yeni Azərbaycan Partiyasının üzvü Kərim Cəfərov AzadlıqRadiosuna
bildirib ki, namizədlər arasında 3-4 ildir Belarusda yaşayan şəxs də
var:
В«Aynura Muxtarova adlı bir şəxsi namizəd kimi qeydə alıblar,
indi də ona səs yığırlar. Halbuki, həmin qadın bir neçə ildir ki, ailəsi
ilə birgə Belarusa köçüb. Hazırda seçki günüdür, amma Aynura xanım
kənddə yoxdur. O əvvəl bələdiyyə üzvü olub, indi də bütün sənədləşmə
onun adından aparılıbВ».
Kərim Cəfərov bununla bağlı MSK-nın qaynar xəttinə də məlumat
verdiyini söylədi. 82 saylı Ağcabədi DSK-nın sədri Nadir Qürbətov
Təzəkənd bələdiyyəsi üzrə belə bir namizədləri olduğunu təsdiqlədi. Dedi
ki, Aynura Muxtarova həkimdir, YAP üzvüdür və seçkidə iştirak edir.
Nadir Qürbətov Muxtarovanın bir neçə ildir Azərbaycanda olmadığı
ittihamını qəbul etmir:
В«Əgər üç-dörd ildir burda yoxdursa, namizədliyini necə verib?В»
AzadlıqRadiosu Təzəkənd bələdiyyəsinin keçmiş sədri Kamilə Qasımova
ilə əlaqə saxlayıb və bələdiyyə üzvü olmuş Aynura Muxtarova ilə danışmaq
istədiyini bildirsə də, Kamilə Qasımova səbəbini göstərmədən bundan
imtina edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14716