Rubla yeni dəstək
Rusiyanın Baş naziri Dmitri Medvedev rublun sabitləşməsi üçün ölkənin
dövlət nəzarətindəki ən böyük ixracatçıların malik olduqları xarici
valyuta gəlirlərinin bir hissəsini satmaq məcburiyyətində qoyan bir
tənzimləməni imzalayıb.
Yəni, iri ixracatçılar dollar və ya avro kimi xarici valyutalar ilə
qazandıqları gəlirləri bazarda sataraq rubla çevirməli olacaqlar. Bunun
da rubla təlabatın artmasına və məzənnəsinin yüksəlməsinə gətirib
çıxacağına inanılır.
Kommersant qəzetində verilən xəbərdə, şirkətlərin qarşıdakı iki ayda
bazarı gündəlik 1 milyard dollara qədər təmin edə biləcəkləri qeyd
edilib.
Rusiya Mərkəzi Bankı da ixracatçılarla valyuta bazarında sabitliyin
qorunması məqsədli danışıqlar aparacağını açıqlayıb. /”Marja”
Short URL: http://www.cumhuriyyet.net/?p=14720