Aqanbekyanın oğlu Azərbaycanın pullarına nəzarət edəcək
Rusiyanın
İqtisadi İnkişaf Nazirliyi “Открытие Холдинг”in baş direktoru Ruben
Aqanbekyanın müstəqil direktor qismində “Vneştorqbank” (VTB) Müşahidə
Şurasına daxil edilməsi təklifini irəli sürüb.
soyadı azərbaycanlılara yaxşı tanış olduğundan bu təqdimat maraq və
suallar doğurmaya bilməz. Sual yaranır: Ruben Aqanbekyan 80-ci illərin
sonlarında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının əsas
təşəbbüskarlarından biri olan, bunun hətta “iqtisadi əsasları”nı da
hazırlayan (bu mülahizələr özünü sonradan əsla doğrultmasa da) həmin o
bədnam akademik Abel Aqanbekyanın qohumu, yaxını deyil ki?
səthi bir araşdırma da bu suala cavab tapmağa kifayət etdi. Məlum oldu
ki, Ruben Aqanbekyan erməni mənşəli sovet iqtisadçı-alimi, SSRİ Elmlər
Akademiyasının həqiqi üzvü, Rusiya hökuməti yanında Xalq Təsərrüfatı
Akademiyasının rektoru Abel Aqanbekyanın doğmaca oğludur.
Aqanbekyan yenidənqurma illərində Sov.İKP MK-nın baş katibi Mixail
Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olub. SSRİ-nin dağılmasına
var gücləri ilə çalışanlar arasında məhz bu iki şəxs – A.Aqanbekyan və
Qorbaçovun digər erməni köməkçisi Georgi Şahnazarov da var idi.

başdan və açıq demək lazımdır ki, Ruben Aqanbekyanın VTB-yə namizədliyi
Azərbaycan üçün qətiyyən məqbul sayıla bilməz. Əlbəttə, Rusiya öz
bankının rəhbər orqanlarına kimi istəsə, onu da təyin edə bilər, buna
hüququ var. Lakin indiki halda bu məsələnin Azərbaycanın maraqlarına
birbaşa aidiyyəti var. Bunu anlamaq üçün xüsusi istedad və ya bilik
sahibi olmağa ehtiyac yoxdur.
Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov artıq
VTB Müşahidə Şurasında üzv kimi təmsil olunur. Özü də Mövsümovu bu
şuranın tərkibinə, necə deyərlər, qara qaşına-gözünə görə qəbul
etməyiblər. Məsələ burasındadır ki, Azərbaycan Dövlət Neft Fondunun
böyük məbləğdəki vəsaitləri bu banka sərmayə kimi yatırılıb. Bu mənada
Ş.Mövsümovun həmin pullarla necə davranıldığını müşahidə etmək,
proseslərə nəzarət etmək hüququ var. Azərbaycanın Dövlət Neft Fondu
VTB-nin səhmlərinin 2,99 faizini həə ötən il 500 milyon dollara alıb.
Buna görə də Ş.Mövsümov VTB Müşahidə Şurasına müstəqil üzv kimi daxil
olub.
erməni Aqanbekyanın oğlu necə olacaq? Böyük ehtimalla Ruben Aqanbekyan
da VTB Müşahidə Şurasına müstəqil üzv kimi daxil ediləcək.
yaşlı Ruben Aqanbekyan artıq belə gənc yaşında bir neçə yaxşı maaşlı
vəzifəyə sahiblənə bilib. Belə ki, “Петрокоммерц” bankının Direktorlar
Şurası onu bu il iyunun 19-da şuranın sədri seçib. Ruben Aqanbekyan
paralel olaraq “Открытие Холдинг” ASC-nin baş direktoru və İdarə
Heyətinin sədridir. İndi isə onu VTB-də yağlı vəzifəyə itələyirlər.
dediyimiz kimi, VTB Azərbaycanda həm də ona görə tanınır ki, bizim
Şahmar Mövsümov da onun Müşahidə Şurasında üzv kimi təmsil olunur.
Üstəlik, VTB-nin Azərbaycanda da geniş filiallar şəbəkəsi var.
saytının bu yaxınlarda dərc etdiyi araşdırmada da qeyd olunurdu ki,
Rusiya banklarının zərərlə işlədiyi bir vaxtda VTB-nin Azərbaycan
filialı yüksək gəlirlə işləyir. Deməli, bankın Azərbaycanda ikiqat
qazancı – bir tərəfdən, 500 milyon dollarlıq sərmayəsi, digər tərəfdən
isə yaxşı gəliri var.
papasının gül balasını” VTB-də vacib posta itələməyə çalışan Rusiya
İqtisadi İnkişaf Nazirliyi tərəgindən nəzərə alınması yaxşı olardı.
Rusiyanın Ermənistana birbaşa və ya dolayı yollarla yardım göstərməsi,
ermənilərə Rusiyada hər cür imtiyazların yaradılması azmış kimi indi də
bir ermənini Azərbaycana bağlı qurumda mühüm posta gətirmək hər halda
suallar və şübhələr yaratmaya bilməz.

belə çıxır ki, Qarabağ münaqişəsini alovlandıran şəxslərdən birinin
oğlu bizim Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovla yanaşı
oturmaq və bu fondun pullarına nəzarət etmək imkanı qazanacaq.
Aqanbekyanın VTB üçün nələr etdiyi, bu banka nə qədər pul qoyduğu məlum
deyil. Amma indi o, bu bankda böyük posta iddia edir. Şahmar Mövsümovun
bundan sonra VTB Müşahidə Şurasının iclaslarına qatılıb-qatılmayacağı
da bəlli deyil. Bu isə indidən gün kimi aydındır ki, erməni mənşəli
bankir Azərbaycanın pullarından Ermənistanın xeyrinə faydalanmağa və
Azərbaycana ziyan vurmaq üçün əlindən gələni etməyə 100 faiz çalışacaq.
Erməni xisləti bizə yaxşı tanış olan məsələdir…
yerdə sual yaranır: rəsmi Bakının bundan sonra VTB ilə sıx əməkdaşlıq
etməyinə, ona investisiya yatırmağına, böyük zəiyyətlə qazanılmış
pulları riskə atmağına dəyərmi?
Azərbaycan tərəfi azərbaycanlıların açıq-aşkar düşməni olan bir şəxsin
bizim pullarımıza çıxışının qarşısını almaq üçün indidən tədbir görmək
barədə düşünməlidir. Hələ vaxt və imkan varkən…
Short URL: http://www.cumhuriyyet.net/?p=14723