VHM Prezidentə əfvlə bağlı müraciət etdi

23.12.2014 - 21:10

31 DEKABR Dünya Azərbaycanlıların Həmrəyliyi Günü” ilə bağlı
Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə təşkilatının
ofisində tədbir keçirilib.

Tədbirdə
tanınmış jurnalistlər və ictimai xadimlər iştirak ediblər. Tədbirin
əsas məqsədi dünyanın istənilən yerində məskunlaşan azərbaycanlıların
vətənimizin problemlərinə diqqət ayırmasının zəruriliyini qabartmaq
 olub. Bildirilib ki, 2015-ci ildə bütün azərbaycanlılar Azərbaycanın
haqq səsinin dünya ictimaiyyətinə daha dolğin çatdırılması üçün
üzərlərinə düşən vəzifələri icra etməlidirlər. 26 Fevral XOCALI
SOYQIRIMInın təbliği ilə bağlı il boyu davamlı tədbirlərin təşkil
olunmasının vacibliyini önə çəkən ziyalılar, sonda ölkə başçısı, cənab
İlham Əliyevə “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyli Günü”ndə
humanist addım atıb həbsdə olan siyasi məhbusları, o cümlədən də
jurnalistləri azad etməyə çağırıblar. Onlar “Xural” qəzetinin Baş
redaktoru Əvəz Zeynallının, Şəmsiyyə Bəylərqızının, “N!DA” Vətəndaş
Hərəkatının həbsdə olan üzvlərinin, Tofiq Yaqublunun, Yadigar Sadıqovun
və Nazim Quliyevin azadlığa buraxılmasının Azərbaycan cəmiyyətində
yüksək humanistlik nümunəsi kimi qarşılanacağına əmin olduqlarını
bildiriblər.

VHM Mətbuat Xidməti

Short URL: http://www.cumhuriyyet.net/?p=14724

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728