Əli Əhmədov: “Seçkilər çox uğurla baş tutub”

23.12.2014 - 21:23

“Yeni
Azərbaycan Partiyası bugünkü bələdiyyə seçkilərində səsvermədə çox
yaxından iştirak edib, bütün bələdiyyələrdə öz namizədini irəli sürüb.
Bütövlükdə ölkədə irəli sürülən namizədlərdən 40 faizdən çoxu YAP-ın
namizədi olub”.

Bunu YAP sədr müavini, baş nazirin müavini Əli Əhmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Seçkilərdə
YAP-ın 16 760 nəfər namizədinin olduğunu deyən Ə. Əhmədov bildirib ki,
bunlardan  4400 nəfəri partiya tərəfindən, 3356 nəfər isə fərdi qaydada
namizədliyini irəli sürüb: “Bu, YAP  resursunun ölkədə nə qədər çox
olmasından xəbər verir”.
Seçkilərin baş tutduğunu
bildirən YAP sədr müavini deyib ki, partiya seçki nəticələrinə böyük
ümid bəsləyir: “İstinad etdiyimiz başlıca seçki resursu bu ümidlərə əsas
verir”.
Ə. Əhmədov bildirib ki, seçkilər çox
uğurla baş tutub, qanun pozuntularına yol verilməyib: “Müşahidəçilərimiz
çox geniş şəkildə iştirak ediblər və onlar tərəfindən heç bir qanun
pozuntusu barədə məlumat almamışıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=14725

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930