Ebolaya yoluxanların sayı 20 minə çatır

23.12.2014 - 21:57

Ümumdünya Səhiyyə Təşkilatı hesabat verdi
Ebola virusundan ölənlərin sayı 7500 nəfəri ötüb və xəstələrin sayı 20 minə çatmaq üzrədir.
ANS PRESS-in məlumatına görə, bu rəqəm Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında yer alıb.
Hesabata görə, Liberiya və Qvineyada Ebola virusuna yoluxma hallarının
sayı azalsa da Syerra Leonda yoluxma çoxalıb. Bu üç Qərbi Afrika ölkəsi
demək olar ki, ölüm hallarının baş verdiyi əsas bölgədir.
Digər ölkələrdə ölüm hallarının sayı dəyişməyib. Malidə xəstəlikdən
ölənlərin sayı altı, Nigeriyada səkkiz, ABŞ-da isə bir nəfərdir.
İspaniya və Seneqalda bir xəstəliyə yoluxma halı qeydə alınıb, amma ölən
olmayıb.
BMT-nin baş katibi Pan Gi Mun beynəlxalq ictimayyəti virusun gələcəkdə yayılmasından müdafiə etməyə hazır olmağa çağırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14732

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728