Putinin yeni ölümcül silahı
ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putin yeni
raket daşıyıcılarının ölkənin müdafiə qabiliyyətinin artıracağını
bildirib.
“Angara-A5”-in sınağı Rusiyanın şərqində yerləşən Plesetsk poliqonunda
keçirilib. Putin raket daşıcıyının sınağını Moskvadan video konfranla
izləyib. Sınaqdan öncə Putin müdafiə naziri Sergey Şoyqudan “Angara-A5”
ilə bağlı məlumatlar alıb.
Uğurlu sınaqdan sonra Putin bunu Rusiya üçün çox önəmli hadisə adlandırıb:
“Angara-A5″ ağır raket daşıyıcısı yalnız iqtisadi ehtiyacları üçün
deyil, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
ölkələrinin müdafiə gücünü artıracaq”.
Rusiyanın “Angara-A5” raket daşıyıcısıyla kosmosda istədiyi bölgəyə peyk
yerleşdirə biləcəyini bildirən Putin son 10 ildə raket daşıyıcısının
inkişaf etdirilməsi üçün görülən işlərə qiymət verib.
“Angara-A5” raket daşıyıcısı ola biləcək raket hücumlarından
xəbərdarlıq, kəşfiyyat, naviqasiya və rabitə sisteminin təmin
edilməsində istifadə edilə biləcək.
Rusiya iyul ayında orta mənzilli “Angara” raket daşıyıcısının sınağını həyata keçirmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=14733