Azərbaycanlılar İŞİD-i parçalayır
Dünyanı lərzəyə salan ordu
içərisindən dağılır; Terror təşkilatına qoşulan azərbaycanlılar Əbu Bəkr
əl-Bağdadiyə qarşı çıxdılar; Azərbaycandan “cihada” gedənlər
yanıldıqların başa düşməyə başlayıb və silahı indi başqa istiqamətə
çevirirlər; ekspert: “Azərbaycan xalqı heç vaxt radikallığa meylli
olmayıb…”
“Son
günlər “İraq Şam İslam Dövləti” adlandırılan (İŞİD) terror
qruplaşmasına qoşulmuş azərbaycanlılarla bağlı sensasion məlumatlar
yayılır. Bu məlumatların təhlili göstərir ki, qaniçən terror
təşkilatının daxilində çoxdan başlanan qarşıdurma artıq açıq müstəviyə
keçib.
İŞİD arasında tez-tez silahlı toqquşmalar olurdu ki, bunun nəticəsində
indiyədək hər iki tərəfdən yüzlərlə itki var. Əvvəl bir düşmənə qarşı
silaha sarılan radikal vəhhabilərin bir-birilərini “mürtəd” adlandıraraq
öldürməsi, hətta qadın və uşaqların da hədəfə alınması “atəşin”
tezliklə bu qruplaşmaların öz içərisinə də düşəcəyini göstərirdi. İfrat
dərəcədə vəhşiliyi özünün mübarizə metodu seçən İŞİD-in daxilində ciddi
partlama olacağı gözlənilən idi.
sıralarından qaçmış azərbaycanlı Həsən Kərimovdan müsahibə almışdı.
Müsahibədə İŞİD-də parçalanmanın labüd olduğuna aydın işarələr vardı. H.
Kərimov demişdi ki, İŞİD-in tərkibində olduğu müddətdə çox zülm,
haqsızlıq, İslam əxlaqına və İslam qayda-qanunlarına zidd hadisələrin
şahidi olduğundan qaçmağa qərar verib: “İŞİD-dən ayrılmağa qərar
verməyimin əsas səbəbi onların yerli əhali və digər qruplara qarşı
törətdikləri cinayətlər oldu. Onlar hətta məscid imamlarını belə
öldürməkdən çəkinmirdilər. İŞİD-in tənqid edilməyə səbri yox idi.

döyərək öldürdülər. İŞİD-in içərisindən daha radikallar (təkfirçiləri)
seçilib onlara müxalif olan sünni kəndlərinə göndərilirdi. Onlar kənd
camaatını müşrik və mürtəd adlandıraraq öldürürlər. Deyr-Zurda bir
kəndin camaatı tamamilə məhv edilmişdi. Həmin bölgədə İŞİD üzvləri bir
kəndlini öldürdükləri üçün camaat ayağa qalxıb onlardan 4-nü
öldürmüşdülər, qalanlarını kənddən qovmuşdular. Bu hadisədən sonra
əmirimiz “kənd camaatının qətlinin vacib olduğu” barədə hökm verdi. Gecə
ikən kəndə girərək bombalar yerləşdirdilər və kəndi göyə sovurdular.
Heç kim sağ qalmadı” deyə, azərbaycanlı etiraf etmişdi.
fəaliyyət göstərən azərbaycanlı olan dörd üzvünün silahlı üsyana cəhd
etmək, qaçmaq, təşkilat üzvlərini qətlə yetirmək, hətta quldurbaşı lider
Əbu Bəkr əl-Bağdadiyə itaətsizlikdə təqsirləndirərək edam edildikləri
xəbəri yayılıb. Bu barədə İŞİD üzvləri twitter səhifələrində məlumat
yayıb. İŞİD-in yaydığı videoda “Əbuzər”, “Əbu Məryəm”, “Əbu Yaqub”
ləqəbli şəxslər, eləcə də “Ömər” ləqəbli Elvirin etirafları eşidilir.
İŞİD videomüraciətin sonunda edamla bağlı Qurandan bir ayəni sitat
gətirir. Bu da qiyamçı azərbaycanlıların təşkilat tərəfindən edam
ediləcəkləri barədə ehtimalları artırır. Qeyd olunur ki,
azərbaycanlılardan biri də İŞİD üzvü olan qadınları öldürüb və sonra onu
öldürüblər.

döyüşən 100 üzvünü öldürməsi barədə məlumat yayıb. Buna səbəb isə
öldürülən terrorçuların döyüşlərdən bezdikləri üçün öz vətənlərinə geri
qayıtmaq istəmələri olub.
hazırlaşdıqları zaman saxlanılıb. Terrorçular 100 nəfəri edam etdikdən
sonra qaçmaq istəyən digər 5 ingiltərəli, 3 fransalı və 2 belçikalını
əsir götürüb.
Mərkəzi 50-yə yaxın İngiltərə vətəndaşının İŞİD-dən ayrılmaq
istədiklərini, lakin qorxduqları üçün məcbur orada qaldıqlarını
açıqlayıb.

ət-Tunisi olmaqla, 30 tanınmış üzvünü edam etmişdi. Məlumata görə, onlar
terror qruplaşmasının qafqazlı əmiri Əbu-Ömər əş-Şişaninin əmrlərinə
tabe olmadıqları üçün kütləvi şəkildə edama məhkum olunublar. Bu
xəbərlər də onu təsdiq edir ki, İŞİD-in daxilində azərbaycanlıların da
döyüşdüyü şərti olaraq “Qafqaz cəhbəsi” adlandırdığımız qüvvə əsas
müxalifət kimi ortaya çıxıb. Məlumatlara görə, İraqda döyüşən İŞİD-in
“Qafqaz əmirliyi” əsasən çeçenləri və azərbaycanlıları özündə
birləşdirir. “Qafqaz əmirliyi”ndə say baxımından iki böyük camaat var:
azəri və çeçen camaatı. İŞİD-in tərkibində döyüşən azərbaycanlıların
böyük əksəriyyəti isə terrorçu təşkilatın Suriya qolunda təmsil
olunurlar.

mümkünlüyü barədə xəbərləri şərh edən keçmiş təhlükəsizlik zabitlərindən
biri “Yeni Müsavat”a deyib ki, terror qruplaşmasının daxilində belə bir
parçalanma olacağı gözlənilən idi. Onun sözlərinə görə, bu məsələdə
məhz azərbaycanlıların adının tez-tez hallanması təəccüblü deyil:
deyil, barışa tərəfdar olub. Bu təkcə gəlişigözəl sözlər deyil, həm də
tarixi faktlara söykənən həqiqətdir. Fikir verin, ən radikal
adlandırdıqlarımız belə, İŞİD-in vəhşiliklərinə dözə bilmir, ya oradan
qaçır, ya da “ədalətsizliyə qarşı” silahlı üsyan edir. Zənnimcə,
azərbaycanlılarla bağlı bu cür xəbərlər qarşıdakı aylarda daha da
artacaq”.
döyüşən mühacir döyüşçülərin son siyahısını yayımlayıb. Siyahıya görə,
İŞİD-in tərkibində Türkiyədən 500, Rusiyadan 423, Serbiyadan 350,
Belçikadan 296, Albaniyadan 140, Kosovadan 150 döyüşçü var. Siyahıda
azərbaycanlıların sayı göstərilmməsə də, “cihad”a Azərbaycandan da
yüzlərlə şəxsin qatıldığı dəqiqdir.(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=14734