Elçibəyin imzaladığı fərmanda dəyişiklik edildi

24.12.2014 - 11:13

Dövlət başçısı İlham Əliyev
“Vətəndaşlara məxsus tikililərin dövlət icbari sığortasının
dayandırılması haqqında” 9 yanvar 1993-cü il prezident fərmanına
dəyişiklik edib. “İcbari sığortalar haqqında” qanunun tətbiqi ilə
əlaqədar imzalanan 23 dekabr fərmanı 9 yanvar 1993-cü il fərmanının 2-ci
hissəsinin ləğvini nəzərdə tutur.
“Media
forum” saytı bildirir ki, vətəndaşlara məxsus tikililərin dövlət icbari
sığortasının dayandırılması fərmanını 1993-cü il yanvarın 9-da
prezident Əbülfəz Elçibəy imzalayıb. Həmin fərmanın dekabrın 23-də ləğv
edilən 2-ci hissəsi belə idi:
– “Erməni silahlı
dəstələrinin fəaliyyəti nəticəsində vətəndaşların əmlakına vurulan
zərərin ödənilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası prezidentinin 1992-ci il 5 may tarixli fərmanına əsasən
sığorta ödənişi nəzərdə tutulmuş, lakin 1993-cü il yanvarın 1-nə kimi
ödənilməmiş zərərin məbləği tikililərin bərpası zamanı 1992-ci ildə
icbari sığorta üçün mövcud olmuş dəyər məbləğində ödənilsin.
Dekabrın
23-də İlham Əliyev “İcbari sığortalar haqqında” qanunda dəyişiklikləri
imzalayıb. Bununla bağlı verilmiş fərmanda prezident Nazirlər Kabinetinə
sığorta sektorunda ödəniş sisteminin təkmilləşdirilməsi və nağdsız
dövriyyənin artırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlamağı tapşırıb.
Maliyyə Nazirliyi isə
“İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulmuş birdəfəlik pul
vəsaitinin və sığorta haqlarının məbləğini bir ay müddətində müəyyən
etməlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=14736

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728