Dünya əhalisinin sayı açıqlandı: 7 milyard 283 milyon 170 min..

24.12.2014 - 11:25

Hər 4 qadından biri istəmədiyi
hamiləliyə məruz qalır Bu ilin sonunda dünya əhalisinin sayı təxminən 7
milyard 284 milyon 283 minə çatacaq.
Bu barədə “Dünya Əhali Fondu”nun hesabatında məlumat yayılıb.
Hesabatda, dünyada hər saniyədə 2.6 nəfərin dünyaya gəldiyi
bildirilib. Həmçinin 1970-ci ildə dünya əhalisinin indikinin yarısı
qədər olduğu xatırladılıb və əhalinin sürətlə çoxalmasının səbəbi kimi
inkişaf etməkdə olan ölkələrdə ailə planlamasının doğru şəkildə həyata
keçirilmədiyi qeyd edilib.
Hesabatda bildirilir ki, inkişaf etməkdə olan ölkələrdə hər 4 qadından biri istəmədiyi hamiləliyə məruz qalır.
Dünyanı 100 nəfərlik kənd kimi təsəvvür edən fond, müqayisə ilə
burada 60 asiyalı, 15 afrikalı, 10 avropalı yaşayacağını bildirib.
Bildirilir ki, əhalinin sayı bu sürətlə çoxalmağa davam etsə, 2050-ci
ildə 134-ə çatacaq kənd əhalisinin 33 nəfəri afrikalı, 73 nəfəri
asiyalı, 10 nəfəri avropalı olacaq. Bu hesabata görə, Asiya və Avropa
əhalisi azalacaq, Afrika əhalisi isə artacaq.
“worldometers.info” saytının məlumatına görə isə hazırda dünyada
əhali sayı 7 milyard 283 milyon 170 mindir və bu rəqəm hər an böyük
sürətlə dəyişilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=14739

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930