Son aylarda Türkiyəyə gedən rus turistlər azalıb
dəyərdən düşməsi nəticəsində Rusiyadan Türkiyəyə gedən turistlərin
sayında azalma qeydə alınıb.
bu ilin 11 ayında Türkiyəyə gələn əcnəbi turistlərin sayında ötən ilin
eyni dövrü ilə müqayisədə artım olduğunu bildirib. Belə ki, ölkəyə gələn
turistlərin sayı 5,35% artaraq 35 milyon 260 min nəfər təşkil edib.
Noyabr ayında artım 1,19% olub. Lakin noyabr ayında Rusiyadan gələn
turistlərin sayı ötən ilin noyabr ayı ilə müqayisədə 18,45% azalaraq 63
min nəfər təşkil edib. Xatırladaq ki, Türkiyəni ziyarət edən rusiyalı
turistlərin sayı oktyabr ayında 2013-cü ilin oktyabr ayı ilə müqayisədə
29 faiz azalmışdı. Buna baxmayaraq, 11 aylıq dövrdə Türkiyədə istirahət
edən Rusiya vətəndaşlarının miqdarı 5,29% yüksəlib və 4,43 milyon nəfərə
çatıb.
ciddi devalvasiya ilə əlaqədar gələn il ölkəyə gələn rusiyalı
turistlərin sayında ciddi azalma olacağını proqnozlaşdırırlar. Rusiya
Almaniyadan sonra Türkiyəyə ən çox turist göndərən ölkədir.
Short URL: http://www.cumhuriyyet.net/?p=14741