Lerikdə dəhşətli qətl körpə uşaqların gözü qarşısında törədilib

24.12.2014 - 15:35

Lerik rayonunda tükürpədici qətl hadisəsi baş verib. Ər arvadını və
qayınanasını qətlə yetirib, daha sonra intihar edib. APA TV-nin cənub
bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Lerikdə
qeydə alınıb. Rayonun Pirzəküçə kəndində 33 yaşlı Cəmaləddin Cəbrayıl
oğlu Surətov qayınatası Bağır Əliyevin evinə gələrək, iki azyaşlı
körpəsinin gözü qarşısında arvadı, 25 yaşlı Məhsəti Surətova və
qayınanası, 54 yaşlı Leyla Əliyevanı odlu silahla qətlə yetirib. Daha
sonra Cəmaləddin Surətov 4 aylıq və 4 yaşlı uşaqlarını götürərək
Pirzəküçə kəndində olan atasının evinə qayıdıb. Övladlarını
valideynlərinə təhvi verən Cəmaləddin daha sonra tüfəngdən özünə atəş
açaraq, intihar edib.                
Məhsəti Surətovanın yaxınlarının sözlərinə görə, Cəmaləddin bir
neçə gün öncə arvadını döyərək uşaqları ilə birgə onu qayınatasıgilə
göndərib, özü isə işlədiyi Sumqayıt şəhərinə gedib. Ötən gün rayona
qayıdan Cəmaləddin Surətov qayınatasıgilə gələrək ailəsini evə aparmaq
istəyib. Bu zaman Məhsəti onunla getməyəcəyini bildirib və nəticədə
mübahisə yaranıb.
Qeyd edək ki, Cəmaləddin Surətovun qardaşı da bir neçə il öncə özünü  yataqxanasının 5-ci mərtəbəsindən ataraq intihar edib.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Məlumatda
bildirilir ki, Sumqayıt sakini Lerikdə ailə-məişət münaqişəsi zəminində
arvadını və qayınanasını qətlə yetirib, sonradan Pirzəkücə kəndində
yaşayan atası Cəbrayılın evinə gedərək orada tüfəngdən açdığı atəşlə
özünü öldürüb.
Hadisə yerindən “Çhurçhill” (Vinçester) markalı tüfəng götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14752

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728