cumhuriyyet.net
ABŞ-da “erməni soyqırımı” abidəsini murdarladılar • Cumhuriyyət
ABŞ-ın Kolorado ştatında “erməni soyqırımı” abidəsi murdarlanıb. Qazet.az xəbər verir ki, abidənin üzərinə qara boya vurulub. Soyqırımı abidəsi Kolorado ştatının Senatı qarşısında yerləşirdi. Ağdərili polis tərəfindən öldürülən Corc Floyda görə aksiya keçirən insanlar “soyqırımı”na həsr edilən abidənin üzərinə şüarlar da yazıblar. Kolorado ştatındakı abidə 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi ilə əlaqədar ucaldılıb.
nesimi