Azərbaycanlı milyarderin qızıllarını və pullarını qaytardılar

24.12.2014 - 15:51

Türkiyə tarixinin ən böyük rüşvət və
korrupsiya əməliyyatları zamanı polis tərəfindən ələ keçirilən nağd
pullar və qızıllar sahiblərinə geri qaytarılıb.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki,
2013-cü il, dekabrın 17-də Türkiyədə həyata keçirilən rüşvət və
korrupsiya əməliyyatları zamanı azərbaycanlı iş adamı Rza Zərrab və
Türkiyənin keçmiş daxili işlər naziri Muammer Gülərin oğlu Barış Gülərin
evindən çıxan pullar və qızıllar faizi ilə birlikdə özlərinə geri
qaytarılıb.
Əməliyyatlar zamanı Rza Zərrabın evindən və ofsindən götürülüən 1
milyon türk lirəsi (təxminən 370 min manat), 800 min avro, 60 min dollar
və 2 kiloqram qızıl faizi ilə birlikdə geri qaytarılıb.
Bir ildən çoxdur ki, polis tərəfindən götürülən və banka qoyulan
pulu Rza Zərrabın adamı Abdullah Happani alıb. 2 vəkil və 2 mühafizəçi
ilə Türkiyə Ədliyyə Nazirliyinə gedən A.Happani qızıl və nağd pulları
çamadan və çantalarda aparıb. A.Happani jurnalistlərin suallarını
cavablandırmaqdan imtina edib.
Rza Zərrabın qızıl və nağd pulları 1 il ərzində “Vakıfbank”da
saxlanılıb. Bu il ərzində məbləğin üstünə 55 min türk lirəsi (təxminən
200 min manat) faiz gəlib. Azərbaycanlı milyarder bu məbləği “Qızılay”
yardım təşkilatına bağışlayıb.
Əməliyyatlar zamanı nağd pulu müsadirə olunanlardan biri olan
keçmiş daxili işlər nazirinin oğlu Barış Gülərin evindən çıxan 400 bin
türk lirəsi (təxmiən 150 min manat), 320 min avro, 90 min dolar nağd pul
geri qaytarılıb. Keçmiş nazirin oğlu pulunu nağd almayıb. Onun pulu
digər bankda olan hesabına köçürülüb. B.Gülər də buna görə 20 faiz gəlir
əldə edib.  
Xatırladaq ki, qalmaqallı əməliyyatlardan sonra o zamankı baş
nazir, indiki prezident Rəcəb Tayyib Ərdoğan və hökumət nümayəndələri bu
pulların əməliyyatları həyata keçirən polislər tərəfindən evlərə
qoyulduğunu demişdilər.
Qeyd edək ki, əməliyyatlarda iştirak edən polislər hökumətin
əks-hücum qismində həyata keçirdiyi “paralel dövlət” əməliyyatları
zamanı həbs edildi və ya vəzifədən uzaqlaşdırıldı.

Short URL: http://www.cumhuriyyet.net/?p=14757

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728