İran rəsmisi: “Sistem Musəvi və Kərrubiyə mərhəmət göstərib”

24.12.2014 - 16:05

İran Konstitusiyaya Nəzarət Şurası
rəhbərinin müşaviri Abbasəli Kədxudai dekabrın 23-də jurnalistlərə
açıqlamasında 4 ilə yaxındır ev dustaqlığında saxlanan müxalifət
liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubidən danışıb.
“Media
forum” saytının məlumatına görə, Musəvi və Kərrubinin həbsdə
saxlanmasının qanunsuz olması ilə bağlı iddiaları rədd edən Abbasəli
Kədxudai deyib ki, hakimiyyət bu iki müxalifə çox güzəştə gedib: “İslam
Cəza Qanununa əsasən, ölkənin milli təhlükəsizliyinə qarşı çıxanlara
nəzərdə tutulan cəzaladan biri ölümdür. Lakin buna baxmayaraq sistem
Musəvi və Kərrubiyə mərhəmət göstərib. 
Musəvi
və Kərrubinin saxlanması ilə bağlı müvəqqəti qərar ölkədə asayişin
təmin olunması, müttəhimlərin, eləcə də digər şəxslərin həyatının
qorunması və ölkədə sabitliyin bərqərar olunması üçün qəbul edilib”.
Son
aylarda İrandakı bir sıra siyasi cərəyanlar və şəxslər, o sıradan da
keçmiş prezident Məhəmməd Xatəmi və deputat Əli Mütəhhəri ayrı-ayrılıqda
bəyanatlar yayaraq Musəvi və Kərrubinin azadlığa buraxılmasını tələb
ediblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=14760

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728