Toy mövsümü başladı: Komitə yoxlama aparır

24.12.2014 - 17:35

Bu gün məhərrəmlik başa çatır.

Axar.az xəbər verir ki, artıq
sabahdan paytaxt və bölgələrdə toy mövsümü başlayır. Toy mövsümü
başlamaqla ölkədə fəaliyyət göstərən restoranlarda da ciddi yoxlamalara
start veriləcək.
 
Əldə etdiyimiz məlumata görə, sabahdan etibarən Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) ciddi yoxlamalara
başlayır. Qəbul olunmuş qaydalara riayət etməyən restoran sahiblərini
isə ciddi cəza gözləyir.
Bildirək ki, bəzi restoranlar İqtisadiyyat və Sənaye Nazirliyinin
xəbərdarlığına əməl etsələr də, israfçılıq tamamilə yığışdırılmayıb.
Qanuna əsasən, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli
mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağandır.
İstehlakçıya hər hansı bir mal və xidmətin satışı digər mal və xidmətin
alınması ilə şərtləndirilə bilməz. İstehlakçı satıcının süni surətdə
yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna malikdir.
Bu arada SMPDK artıq reydlərə start verib.
Dövlət Komitəsinin sədri Ramiz Həsənovun APA-ya verdiyi məlumata
görə, komitə Azərbaycanın regionlarındakı şadlıq saraylarında məhsulun
keyfiyyətini yoxlayacaq. 
Komitə sədrinin sözlərinə görə, hazırda qurumun əməkdaşları
tərəfindən Bakıdakı şadlıq saraylarında məhsulun keyfiyyətinin
yoxlanılması ilə bağlı monitorinqlər aparılır. 
“Biz bunun üçün müasir standartlara uyğun səyyar maşın almışıq. Bu
isə bizə nəinki Bakıdakı, hətta regionlardakı şadlıq saraylarında
məhsulun keyfiyyətini yoxlamağa imkan verir. Bu proses mütəmadi olaraq
davam etdiriləcək”, – deyə R.Həsənov qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=14762

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728