Fazil Mustafa: “Eldar Əzizov əlinə nə keçdisə, seçkinin içinə qatdı”

24.12.2014 - 17:52

Dünənki bələdiyyə seçkilərinin
nəticələri ilə bağlı məlumatlar BQP-nin seçki qərargahına yavaş-yavaş
daxil olmaqdadır. Bilindiyi kimi, partiyamızın 305 təmsilçisi namizəd
olaraq qeydiyyatdan keçmişdi, son məlumatlara görə, bunlardan ən azı 50
faizə yaxını ayrı-ayrı bələdiyyələrə üzv seçilmişdir.
Əksər bölgələrdən hər hansı bir
şikayət daxil olmamışdır. Deyəsən, bircə Sumqayıt şəhər bələdiyyəsinə
seçkilər icra başçısı Eldar Əzizovun sahibkarların canını boğazına yığıb
ildə bir dəfə hazırlatdığı bir kilometrlik torta oxşayıb. Əlinə nə
keçibsə, bu tortun, yəni seçkinin içinə qatıblar.
Bələdiyyələrə marağın artması üçün mütləq səlahiyyətlərinin
genişləndirilməsinə zərurət var. Əslində insanların çoxu yerli
özünüidarə sistemində çalışmağa maraqlıdırlar. Gerçək özünüidarə olarsa,
lokal səviyyədə problemlərin həllinə daha tez nail olmaq mümkündür.

Short URL: http://www.cumhuriyyet.net/?p=14766

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930