İnsanı sağlam saxlayan qidalar
24.12.2014 - 18:04

Bu 7 məhsul
qocalmaqla, xəstəliklər, piylənmə, təzyiq xəstəlikləri ilə mübarizə
aparır. Uzun elmi araşdırmalar göstərib ki, yaşlanmanın qarşısını almaq
üçün yediklərimizin rolu olduqca böyükdür.
ANS PRESS “anti age” təsirə malik bu məhsulları təqdim edir? Onları həftədə azı 2-3 dəfə qəbul etmək məsləhətdir.
Brüssel kələmi
Kələn antioksidant, vitamin və minerallarla zəngindir. Xərçəng riskini azaldır.
Lasos balığı
Bu balıq zülal və omeqa 3 mənbəyidir. Ürək və sinir sistemi üçün faydalıdır. Saç və dərinin gözəlliyini qoruyur.
Badam
Bu məhsul faydalı yağlarla, maqnium və sinklə zəngindir. Bu isə ürəyin sağlamlığı üçün lazımdır.
Yoqurt
Əsl superqidadır. Kalsium, zülal, D vitamini, faydalı
bakteriyalarıla boldur. Bunlar sümük,əzələ və həzm sistemi üçün çox
faydalıdır.
Yaşıl çay
Unikal faydaları saymaqla bitmir. Güclü antioksidant olan yaşıl çay
gənc saxlayır,artıq çəkidən qoruyur, ürək-damar xəstəliklərinin
qarşısını alır.
Qaragilə
Tünd göy, qara rəngli giləmeyvələr güclü təsirə malik
antioksidantlardır. Bu giləmeyvəni həm təzə, həm də donmuş formada
istifadə etmək olar. Əsas odur ki, şəkərdən istifadə etməyin.







Short URL: http://www.cumhuriyyet.net/?p=14768