12 saylı seçki məntəqəsində “ağ kağız əməliyyatı”nı ört-basdır edə bilmədilər

24.12.2014 - 18:46

Dekabrın 23-də müstəqil
dövlətçiliyimizin tarixində sayca 4-cü bələdiyyə seçkiləri keçirildi.
Belə ki, ilk dəfə 1999-cu ilin 12 dekabrında ölkəmizdə bələdiyyə
seçkiləri keçirilib. Seçki Məcəlləsinin 75.2 maddəsinə əsasən,
seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır
və səsvermənin başlanmasına 24 saat qalmış başa çatır.
Seçki yaxşı-pis başa çatdı. Hər kəs seçki haqqında danışdı, amma
heç də yaxşı mənada yox… Belə ki, bir çox seçki məntəqəsində
saxtakarlıq edildiyi ilə bağlı iddialar ortaya çıxdı. Yenə də seçki
qutularına topa-topa bülletenlərin atıldığı, “karusel” əməliyyatının
reallaşdırıldığı qeyd olundu.
Bununla bağlı hadisələrin videogörüntüləri də KİV-lərdə yetərincə
yayılıb. Həmin görüntülərdən ən diqqət çəkəni isə В«Meydan TVВ»-nin
əməkdaşı Cavid Abdullayevin Yasamal rayonundakı 13 saylı məktəbdə
yerləşən 12 saylı seçki məntəqəsindən hazırladığı videomaterial oldu. 
Belə ki, həmin videomaterialda seçki məntəqəsinin üzvü, məntəqənin
girişində barmaqlara işarə vuran idman müəlliməsi Əfruz Hacıyevadan
seçki ilə bağlı videomüsahibə alan C.Abdullayev, təsadüfən seçki
qutusuna topa ilə bülleten atan qadını görür və bu olayı lentə alır. Və
müsahibəni yarımçıq saxlayaraq, həmin qadına yaxınlaşır. Jurnalist həmin
naməlum şəxsdən bülletenləri nə üçün topa şəkildə seçki qutusuna
atdığını soruşur. 
Qadın isə elə bir şey olmadığını deyərək, oradan uzaqlaşır. Bu
zaman məntəqənin üzvlərindən biri olan Əfruz Hacıyeva jurnalistə çəkiliş
etməkdə əngəl törətməyə başlayır. Və onu içəri dəvət edir. 
Ancaq jurnalist içəri daxil olmaqdan imtina edir və qutuya atılmış
biletlərlə bağlı suallar verməyə başlayır. Seçki məntəqəsinin üzvləri və
müşahidəçiləri jurnalistin sualını cavablandırmaq əvəzinə onun üzərinə
hücum çəkirlər. Və vəsiqəsini alaraq, parçalayırlar. 
Jurnalist nə qədər etiraz etsə də, ona hücum çəkən müəllimələr,
dayanmaq bilmirlər. Və jurnalist məcbur olub, oradan qaçaraq,
uzaqlaşır. 
Yayılan həmin video cəmiyyətdə geniş ajeotaj yaratdı. Hər kəs həmin məntəqədə baş verənlər haqda yazmağa və danışmağa başladı.

Belə ki, 12 saylı seçki məntəqəsinin sədri Gülmira Yusifova bizə
açıqlamasında bildirdi ki, Cavid Abdullayev özünü onlara təqdim etməyib:
В«Biz o jurnalistin kim olduğunu belə, bilmirik. Saqqallı, qulağında
sırğa, əlində də balaca kamera ilə daxil oldu, məntəqəyə… Heç özünü
təqdim etmədi. Haranın jurnalisti olduğunu da bilmədik. Gəldi, burada
hay-küy saldı və getdi. O qadın da onunla gəlmişdi. Bütün bunlar
təxribatdırВ». 
– Yəqin ki, siz də həmin jurnalistin çəkdiyi görüntüləri
izləmisiniz. Videoda açıq-aşkar görünür ki, naməlum bir qadın seçki
qutusuna topa şəkildə bülletenlər atır. Bu haqda nə deyə bilərsiniz?
– Həmin qadını biz tanımırıq. Ona bülleten də verməmişik. Oraya atdıqları da ağ kağızlar idi.
– Qutuya atılanların ağ kağız olduğunu haradan bilirsiniz?
– Bilirik. Çünki həmin qadına biz seçki bülleteni verməmişik.
– Belə çıxır ki, istənilən şəxs qutuya kağız və ya bülleten ata bilər?
– Təbii ki, yox… Amma hər şey bir anda oldu.
– Qutuya “ağ kağızlar” atılan zaman xanımın yanında məntəqənin nəzarətçilərindən biri dayanmışdı. Bəs, o niyə mane olmayıb?
– Sadəcə, diqqətindən yayınıb. Onun da başını həmin jurnalist qatmışdı.
– Axı, jurnalist bir nəfərdən müsahibə alırdı. Digərlərində yox…
– Sizin məqsədiniz nədir?
– Məqsədim hər kəsə düzgün informasiya çatdırmaq və suallarıma cavab tapmaqdır.
Məntəqə sədri suallarımıza doğru-dürüst cavab verə bilmədi. Çünki verəcək cavabı yox idi. Hər şey aydın idi. 
Bundan sonra olayda adı ən çox hallanan Əfruz Hacıyeva ilə
danışdıq. Ə.Hacıyeva öz aqressiv davranışları ilə hər kəsdən
fərqlənirdi. Bunu onun yaşının çox olması və ya yalanının üzə çıxması
ilə də əlaqələndirmək olar. 
Ə.Hacıyeva həmin hadisəni bizə belə təsvir etdi: В«Həmin
jurnalist mənə özünü təqdim etmədi. Məndən müsahibə alan zaman
yanımızdan keçən qadına suallar verməyə başladı. Guya o qadın qutuya
bülleten atıb. Məni də itələdi. Heç kim onun vəsiqəsini əlindən almayıb.
O, adını bizdən gizlədirdiВ». 
– Məsələ burasındadır ki, jurnalist sizdən müsahibə alarkən
arxada bir qadının qutuya bülleten atdığını görür və onu çəkir. Və sonra
da həmin xanıma bununla bağlı suallar verir. Siz isə, onun qarşısını
alırsınız. Əslində isə, onun etdiyini siz etməli deyildinizmi? Xanımı
saxlayıb, qutuya nə atdığını, nə üçün atdığını və kimliyini soruşmalı
deyildinizmi?
– Yox, elə şey yoxdur. O qadının ora atdığı ağ kağızlar olub. Jurnalist bizə özünü təqdim etməyib. 
Bir sözlə, verdiyimiz sualların heç birisinə doğru-düzgün cavab ala
bilmədik. Bu da normal hal idi. Seçki məntəqəsində hər kəs qutuya “ağ
kağızlar”ın atıldığını deyirdi. Hər kəs buna tam əmin idi. Sanki öz
əlləri ilə atmışdılar… 
Maraqlısı budur ki, qutuya atılanların “ağ kağız” olduğunu görəcək
qədər diqqətli olan nəzarətçilər, müşahidəçilər və məntəqə sədri
nədənsə, həmin qadının bu əməlinə mane ola bilməyiblər. Və səbəb kimi də
qadının diqqətdən yayındığını deyirlər. 
Sona qədər gözlədik və bülletenlərin sayılma prosesində qismən
iştirak etdik. Müəllimələrin iddia etdikləri kimi qutudan 5 ədəd “ağ
kağız” çıxdı. Və bununla da hər şeyi “sübut” etdilər.
Bu müəmmalı hadisə haqqında daha ətraflı adıçəkilən seçki
məntəqəsindən hazırladığımız və aşağıda təqdim etdiyimiz videomaterialda
izləyə bilərsiniz: 

Short URL: http://www.cumhuriyyet.net/?p=14769

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930