Yunanıstan və Suriyanın döyüş təyyarələri Türkiyənin hava məkanını pozdu

24.12.2014 - 18:49

Türkiyənin döyüş təyyarələri havaya qaldırıldı
Egey dənizi üzərində uçan
iki yunan təyyarəsi eyni məkanda uçuş keçirən Türk Hava Qüvvələrinin
F-16 təyyarəsinin radarlarını kilidləyərək, hücum edib. 
Avropa.info xəbər verir ki, qaydalara uyğun yunan təyyarəsinin cavabı verilərək, geri oturdulub.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgahının rəsmi saytında hadisə ilə bağlı açıqlama verilib. 
Açıqlamaya
görə, “F-16” türk təyyarəsi Egey dənizi üzərində təlim uçuşu keçirərkən
yunan təyyarələrinin hava təcavüzünə məruz qalıb. Türk təyyarəsi eyni
şəkildə cavab verib.
Daha bir insident Suriya
sərhədində qeydə alınıb. Suriyaya aid “Su-24” təyyarəsinin sərhədə
yaxınlaşması barədə məlumat alınan kimi hadisə yerinə “İncirlik” hərbi
hava bazasından qalxan F-16 təyyarəsi göndərilib. 
Suriyaya aid hərbi təyyarə Türkiyə sərhədinə 2,1 dəniz mili məsafə qalmış geri dönüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14770

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728