Azərbaycanlı milyarderin silahlı yaxtası Hamburqa yan aldı

24.12.2014 - 20:49

Bu ilin aprelində dünyanın ikinci ən böyük yaxtasını dostu Roman
Abramoviçdən alan və onunla dünya səyahətinə çıxan azərbaycanlı
milyarder Fərhad Əhmədov Hamburqun Norderverft limanına yan alıb.
Virtualaz.org  Almaniyanın “Bild” qəzetinə istinadən xəbər
verir ki, Norderverft (Norderwerft) limanı dünyanın ikinci ən böyük
ekspedisiya yaxtasını – “Luna”nı qəbul edib.
Qəzet yaxtanın limanda fotolarını da yayıb. Bildirilir ki, “Luna”
dünyanın 19 ən super yaxtasından biridir, ona nə qar və buz, nə də pis
hava problem deyil.
Uzunluğu 115 metr olan, iki vertolyot meydançasına malik, yanacaq
çəni 1 milyon qallon yanacaq tutan gəminin eks-sahibi rusiyalı milyarder
Roman Abramoviçdir.
“Abramoviç aprel ayında yaxtanı dostu Fərhad Əhmədova 400 milyon dollara satıb” – deyə “Bild” qeyd edir.
“Azərbaycanlı biznesmenlər ona baxıb öz yaxtalarını sifariş verə bilərlər” – qəzet vurğulayır.
Qeyd olunur ki, Roman Abramoviç “Luna” meqa-yaxtasını sifariş
verəndə onun silah sistemləri ilə təchiz olunmasını istəmişdi. Bu
səbəbdən “Luna” yaxtadan daha çox hərbi gəmini xatırladır. Yaxtada
unikal lazer və radioelektron müdafiə sistemləri də quraşdırılıb.
Yaxta Almaniyanın “Lloyd Werft Bremerhafen” tərsanəsində yığılıb.
Daha sonra gəmi İspaniyanın Barselona limanında “hücum edənlərə, o
cümlədən piratlara qarşı müdafiə silahları” ilə təchiz edilib.
“Bu silahlar nədən ibarətdir? Suyun altından buraxılan
torpedolardır, yoxsa hava hücumundan müdafiə sistemləridir? Bunlar məlum
deyil. Alman zavodu sifarişçi ilə məxfiliyin ciddi qorunması barədə
müqavilə imzaladığından heç bir informasiya verə bilməz” – deyə “Bild”
yazır.
Bununla belə alman jurnalistlər qeyd edir ki, zəngin çevrələrdə
mülki gəmilərin silahla təchiz edilməsi nadir hadisə deyil. Həmin
gəmilərin heyətinə bu silahlardan istifadə edə bilən adamlar daxil
edilir.
Məlumatlara görə, Abramoviç “Luna” yaxtası ilə 2010-cu ildə Cənubi
Afrikada keçirilən dünya futbol çempionatına baxmağa getmişdi və gəmini
üzən lüks saray qismində Cənubi Afrika sahillərində lövbərləyib
vertolyotla sahilə çıxmışdı.
F.Əhmədov uzun müddət Rusiyada bizneslə məşğul olub, Federasiya
Şurasında Krasnodar vilayətini təmsil edib. İki il əvvəl o, özünün
“Nordgaz” şirkətini Putinin dostu Gennadi Timçenkoya bağlı “Novatek”
şirkətinə sataraq aktivlərini Rusiyadan çıxarıb. İş adamı hazırda “Luna”
yaxtası ilə dünya səyahətindədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=14774

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728