Oğrular Rusiyada Rövşən Lənkəranskiyə qarşı ittifaq yaratdı
Rusiya
KİV-in verdiyi məlumata görə, “Zimniy sad” restoranında baş tutan
görüşdə indiyədək iki əzəli düşmən, “Ded Xasan”ın varisi Şakro Molodoy
ləqəbli Zaxari Kalaşovla Sergey İzmaylski ləqəbli Serqey Aksyonov 6
saata yaxın söhbət ediblər.
Kriminal mövzudan yazan yerli KİV-lər
bir vaxtların qan düşmənlərinin barışığını Rövşən Lənkəranskiyə qarşı
qurulan ittifaq kimi dəyərləndiriblər.
Məlumata görə, həm
Kalaşov, həm də Aksyonov Lənkəranskiylə düşməndir. İndi Kalaşov
“düşmənimin düşməni mənim dostumdur” prinsipinə əsaslanaraq, Aksyonovla
barışmağı üstün tutub. Bu barışığın kriminal aləmdə nə ilə
nəticələnəcəyini isə zaman göstərəcək.(axar.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=14775