Diktatoru ələ salan filmin nümayişinə icazə verildi

24.12.2014 - 21:08

“Sony Pictures” şirkəti Şimali Koreya liderini məsxərəyə qoyan
“Müsahibə” komediya filminin ABŞ-ın bir neçə kinoteatrında
göstərilməsinə razılıq verib.
Bundan əvvəl şirkət Şimali Koreya
ilə bağlı olduqları güman edilən hakerlərdən təhdidlər aldıqdan sonra
filmin Milad nümayişini ləğv etmişdi.
Prezident Barak Obama “Sony
Pictures” şirkətinin bu hərəkətindən razı qalmadığını bildirmişdi. O
demişdi ki, ABŞ şirkətinin haradasa bir diktatordan qorxub özü senzura
tətbiq etməsi pis presedent yaradır.
Ağ Ev “Sony Pictures” şirkətinin son qərarını alqışlayıb.
“”Sony”nin qərarı adamlara öz seçimlərini etmək imkanı yaradır” – deyə prezidentin sözçüsü Erik Şults bildirib.
Respublikaçı və demokrat konqresmenlər də “Sony”nin qərarından razılıq ifadə ediblər.
Bundan əvvəl onlar filmin lazım gələrsə, Konqresdə və Ağ Evdə nümayiş etdiriləcəyini də demişdilər (virtualaz.org).

Short URL: http://www.cumhuriyyet.net/?p=14776

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728