Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunub
Azərbaycana gələn xarici vətəndaşların sayı 1 193 742 nəfərdən 2 508 904
nəfərə, onların turizm məqsədilə ölkəmizdə çəkdikləri xərclər 91 mln.
manatdan 1,2 mlrd. manata, ölkədə fəaliyyət göstərən mehmanxana və
mehmanxana tipli müəssisələrin sayı 288-dən 527-ə, sözügedən obyektlərdə
yerlərin ümumi sayı 24 706-dən 34 731-ə, turizm sahəsində çalışan
işçilərin sayı isə 5 117-dən 9 847-ə çatıb.
barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumatda
bildirilib. Məlumata görə, nazirlik turizm sahəsində qanunvericilik
bazasının təkmilləşdirilməsi üçün “Turizm haqqında” yeni qanun
layihəsini hazırlayıb: “Ümumdünya Turizm Təşkilatının və Avropa
İttifaqının “Tvininq” layihəsinin ekspertlərinin təklif və
tövsiyələrinin yer aldığı “Turizm haqqında” yeni Qanun layihəsində
müasir turizm sənayesinin daha effektli idarə olunması üçün mühüm
institusional, tənzimləyici yeniliklər və qabaqcıl təcrübələr öz əksini
tapıb”.
tətbiqi Azərbaycanın turizm potensialının daha da inkişaf etdirilməsi,
turizm sahəsində biznes proseslərinin səmərəli istifadəsi və dövlət
tərəfindən turizm fəaliyyətinin tənzimlənməsi və turizm sənayesinə
verilən dəstəyin artırılmasında geniş imkanlar yaradacaq: “Azərbaycanın
turizmi sənayesinin yaxın on il üçün əsas inkişaf istiqamətlərini
müəyyən edən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan digər
bir mühüm sənəd “2015-2024-cü illər üçün Azərbaycanda turizmin inkişaf
strategiyası”dır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=14780