Hindistanda anomal soyuqlar nəticəsində ölənlərin sayı 92 nəfərə çatıb

25.12.2014 - 11:51

Hindistanın Uttar-Pradeş ştatında anomal soyuqlar nəticəsində ölənlərin sayı son sutka ərzində 43 nəfərə çatıb.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, dekabrın əvvəlindən soyuqlar nəticəsində ölənlərin sayı isə 92 nəfərə yüksəlib.
 “Times of India” qəzetinin məlumatına görə, hökumət evsizlərin gecələməsi üçün 300 min dollar həcmində humanitar yardım ayırıb.
 Bildirilir
ki, ştat ərazisində havanın temperaturu iqlim normasından 10 dərəcə
aşağı düşərək +2,4-3,6 dərəcə təşkil edib. Temperaturun aşağı düşməsi və
güclü duman səbəbindən qatar və təyyarə reysləri ləğv olunub,
nəqliyyatın hərəkətində problemlər yaranıb. Hökumət yerli məktəbləri
dekabrın 28-dək bağlı elan edib. Sinoptiklərin məlumatına görə, anomal
hava şəraiti daha bir neçə gün davam edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=14785

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728