Bakıda tragikomik hadisə: Karantini kütləvi şəkildə pozan sakinlərə polis müdaxiləsi – VİDEO

07.06.2020 - 00:45

Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejiminə başlanılıb. Ancaq bəzi paytaxt sakinləri heç də bu qadağa ilə barışmaq niyyətində deyillər.
Oxu.Az gün ərzində bir neçə dəfə bu qadağanı pozan və polisi görəndə qaçan şəxslərlə bağlı xəbər versə də, budəfəki hadisə bir az tragikomik alınıb. Görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, Bakıdakı məhəllələrdən birində sakinlər kütləvi şəkildə həyətə çıxıblar. Bu zaman isə xidmətdə olan Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər.
Polis avtomobilinin səsini eşidən “qayda pozucular” isə sürətlə evlərinə doluşublar. Əksər hissəni uşaqların təşkil etdiyi kütlənin təlaşlı anları maraqlı görüntülərə səbəb olub.

.

Short URL: http://www.cumhuriyyet.net/?p=147879

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728