2015-ci il “Qarabağ ili” elan olunsun

25.12.2014 - 14:09

Qarabağ Azadlıq Təşkilatı hakimiyyətə və cəmiyyətə müraciət etdi

Qarabağ Azadlıq Təşkilatı
(QAT) 2015-ci ilin “Qarabağ İli” elan olunması təklifi ilə çıxış edib.
Təşkilat sədri Akif Nağının əməkdaşımıza verdiyi məlumata görə, QAT Ali
Məclisinin qərarında göstərilir ki, müharibənin başlanmasından 25 ildən
çox, hətta atəşkəsin özündən də artıq 20 il keçdiyi bir dönəmdə artıq
torpaqlarımızın bundan sonra da işğal altında qalmasına dözmək olmaz.
QAT bu təkliflə hakimiyyətə və cəmiyyətə müraciət edib. 
Müraciətdə
deyilir: “2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində köklü və
əsaslı dönüşə nail olunmalıdır. Bunun üçün hakimiyyət öz üzərinə düşən
vəzifələri, Konstitusiyadan irəli gələn borcunu yerinə yetirməli, hərbi
əməliyyatlara başlamalı, Azərbaycanın düşmənləri üzərində qələbəsini,
torpaqlarımızın işğaldan azad olunmasını təmin etməlidir. Hər bir
ictimai, siyasi təşkilat, hər bir vətəndaş Qarabağın azadlığı üçün
üzərinə düşən vəzifəni, imkanı çatan işləri yerinə yetirməlidir. 
Bu
yolda hakimiyyətin və cəmiyyətin qarşısında heç bir beynəlxalq öhdəlik,
beynəlxalq tədbir, idman yarışı və ya başqa bir tədbir, heç nə və heç
bir amil maneə olmamalıdır. Biz dövlət və millət olaraq Qarabağ naminə
hər şeyin üstündən adlayıb, tapdalayıb keçmək iqtidarında olmalıyıq.
Prezident də, alim də, patiya sədri, təşkilat rəhbəri, hərbçi, fəhlə,
müəllim də, jurnalist də – hər kəs öz vicdanı və milləti qarşısında
hesabat verməlidir: Mən Qarabağın azadlığı üçün nə etmişəm?! Bu sualın
cavabı yoxdursa, başqa şeydən danışmaq tam mənasızdır. Bir ildən sonra
bu sualın cavabını əvvəlcə özümüzdən, sonra isə hamıdan soruşacağıq.
Onda görək, kimin üzü ağ, kiminki qara olacaq! Qarabağ naminə çalışaq,
yaşayaq və qələbəyə nail olaq! Yoxsa yaşamağımızın mənası yoxdur! Ya
Qarabağ, ya ölüm!”
Qeyd edək ki, 2015-ci ildə
ermənilərin qondarma “soyqırım”ın 100 illiyi iəl əlaqədar bütün dünyada
anti-türk mövqeyindən çıxış edəcəyini nəzərə alıb Azərbaycan və
Türkiyənin də ciddi fəaliyyət göstərməsinə ehtiyac var. Bu mənada saxta
erməni təbliğatının alt-üst edilməsi üçün 2015-ci ilin “Qarabağ ili”
elan olunması kifayət qədər effektli nəticələr verə bilər. 

Short URL: http://www.cumhuriyyet.net/?p=14791

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728