Doktorant və magistrlər əsgər aparılmayacaq
vəkili bildirib ki, “Elm haqqında” qanun layihəsinin hazırlanması üzrə
İşçi Qrup 2007-ci ildə yaradılsa da, “Təhsil haqqında” qanunun qəbulu
ilə bağlı sözügedən sənədi hazırlamaq mümkün olmayıb: “Çünki bu layihədə
elmin inkişafı üçün vacib olan hədəflər göstərilməmişdi. Qanunun
hazırlanmasına 2001-ci ildə başlanıldı və 2013-cü ildə başa çatdırıldı.
2007-ci ildə Elm və Təhsil Komitəsində yenidən müzakirələr aparıldı,
amma yenə də bu qanunu qəbul etmək mümkün olmadı. “Elm haqqında” qanun
həm elmi, həm də hüquqi baxımdan çox ağır tutumlu bir sənəddir. Ötən
müddət ərzində bu qanun layihəsi ilə bağlı 40-a yaxın təşkilat və dövlət
qurumlarında müzakirələr aparılıb və onlar tərəfindən qanun layihəsinin
təkmilləşdirlməsi ilə bağlı bir sıra təkliflər daxil olub”.
qeyd edib ki, komitə nəzdində fəaliyyət göstərən İşçi qrupu nəhayət
2013-cü ildə bu qanun layihəsi üzərində işləri başa çatdırıb və bununla
bağlı Milli Məclis rəhbərliyinə məruzə olunub: “Bu qanun Azərbaycan
müstəqillik əldə etdikdən 23 il sonra tam təkmilləşdirilmiş qaydada
müzakirəyə təqdim olundu. Ümid edirəm ki, qanun layihəsi parlamentin
ümumi müzakirəsində qəbul olunacaq və bununla da ölkədə elmin inkişafına
nail olacağıq”.
haqqında” qanun öz əhəmiyyətinə görə Konstitusiyadan sonra qanunlar
sırasında birinci yerdə dayanır: “Çünki, bu qanun birbaşa elmin
inkişafı, əldə ediləcək elmi nəailiyyətlərin, elmi axtarışların və
ixtiraların inkişaf etdirilməsinə birbaşa dəstək verəcək. 8 fəsil, 47
maddədən ibarət olan layihə elmi fəaliyyətin tam sərbəstləşməsinə və
liberallığın təmin olunmasına kömək olacaq”.
qanunda nəzərdə tutulan alim və akademiklərin yaş senzi barədə də
məlumat verib: “Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində
fəaliyyət göstərən elmi-tədqiqat mərkəzlərində, elmi müəssisələrdə və
universitetlərdə fəaliyyət göstərən və 50 yaşa qədər olan bütün elm
xadimlərin sayı, 50 yaşdan yuxarı olan elm adamlarının sayından 6 dəfə
azdır. Düşünürəm ki, gənclərin elmə marağını artırmaq üçün bir sıra
islahatlar həyata keçirilməlidir. Bu islahatlarda qanun layihəsində öz
əksini tapıb”.
məşğul olan gənclərə hərbi xidmətdən möhlət hüququnun da qanunda əks
olunduğunu diqqətə çatdırıb: “Ali məktəblərin magistatura və
doktoranturalarında əyani təhsil almaq istəyənlərə hərbi xidmətdən
möhlət hüququ verilməsi gözlənilir. “Elmi yaradıcılıq və elmi fəaliyyət
hüququna dövlət təminatı” adlı maddədə göstərilir ki, “Dövlət təhsilin
fasiləsizliyi prinsipinə uyğun olaraq elmi müəssisə və təşkilatların
doktoranturalarında, ali təhsil müəssisələrinin doktorantura və
magistraturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ
verir”.
ki, bu, bir çağırış müddətinə verilən möhlətdir. Yəni imtahandan
kəsilən şəxs növbəti çağırışda hərbi xidmətə çağırılacaq: “Bu, xidmətdən
birdəfəlik azad etmək demək deyil”.
Short URL: http://www.cumhuriyyet.net/?p=14796